Ruslana: “Azərbaycan duetinə biz kömək etmişik”
21 May 2011 Şənbə 03:42
“Amma Ukraynanın qalib gəlməsini daha çox istəyirdik”.
“Biz bu il də Azərbaycan təmsilçilərinə “Eurovision”a hazırlaşmaqda kömək etmişik”. ANS PRESS-in məlumatına görə, bunu “Komsomolskaya Pravda v Ukraine” qəzetinə müsahibəsində “Eurovision-2004” mahnı müsabiqəsinin qalibi Ruslana deyib. Onun sözlərinə görə, Eldar Qasımov və Nicar Camala kömək etsələr də, onlar daha çox Ukraynanın qalib gəlməsini arzulayıblar: “Biz Ukraynanın “Eurovision”dakı nümayəndələrinə dəfələrlə öz köməyimizi təklif etmişik. Amma nə müğənnilərdən kimsə, nə də Milli teleradio şirkəti bu təkliflərimizə diqqət yetirməyib”.
Ruslana etiraf edib ki, Azərbaycan duetinin qələbəsi, xüsusilə, mahnı seçimi başlıca onun xidməti deyil: “Mən yalnız üzrə olan şəxsəm. Əsas işi Milli teleradio şirkətinin keçmiş vitse-prezidenti Pavel Qriçak görüb. O, vaxtilə məni də “Eurovision”da iştiraka dəvət etmişdi. Həyat yoldaşım Aleksandr Ksenofontov onun müttəfiqidir”.
Bununla belə, müsabiqədən əvvəl Ruslana heç də nikbin deyilmiş: “Şəxsən mən bu mahnının qalib gələcəyinə əmin deyildim. O mahnı mənim xaraketimə tamamilə ziddir. Lakin kompozisiyanı seçən Pavel Qrçakın intuisiyası aldatmadı”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: