Rusiyada Tahir Salahovun sərgisi açıldı
02 Dekabr 2010 Cümə Axşamı 11:35
Sərgidə digər azərbaycanlı xalçaçı-rəssamların da əsərləri nümayiş olunacaq
Bu gün Rusiyanın Moskva şəhərində M.İ.Qlinka adına Musiqi Mədəniyyəti Mərkəzi Dövlət Muzeyində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin, Azərbaycanın Rusiyadakı Səfirliyinin iştirakı ilə dünya şöhrətli rəngkar, xalq rəssamı Tahir Salahovun yaradıcılığına həsr edilən sərgi təşkil olunub. Azərbaycan xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyindən ANS PRESS-ə verilən məlumata görə, sərgidə rəssamın əsərlərindən ibarət xalçalar nümayış etdiriləcək.

Sərgidə xalçaçı-rəssam Məmmədhüseyn Hüseynov Tahir Salahovun əsərləri əsasında “Dədə Qorqud”, “Dmitri Şostakoviç”, “Aydan”, “Olqa Rukavişnikova”, “Mstislav Rostrapoviç” xalçaları nümayiş etdiriləcək. Bundan əlavə, sərgidə xalçaçı-rəssam Eldar Gəncəli “Kadakes”, “Şlyapalı Varvara”, “Köhnə Kadakes”, “Sənə bəşəriyyət” xalçaları və “Salvador Dalinin yaradıcılıq dünyası” xalça kompozisiyası nümayiş olunacaq. Həmçinin xalçaçı-rəssam Fazil Abbasquluzadənin “Qara Qarayev”, “Mirzə Ələkbər Sabir”, “Rəsul Rza” xalçalarını, xalçaçı-rəssamlar Musa İmamverdiyevin, Elyar Quliyevin “Heydər Əliyev”, “Allahşükür Paşazadə”, “F.Əmirovun “Min bir gecə” baletinə pərdənin eskizi” xalçaları və Azərbaycanın tarixi abidələrini əks etdirən “Odlar yurdu” xalça kompozisiyası triptixi də sərgilənəcək.

Sərgi bir ay ərzidə davam edəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar