Rusiya prezidentinin mükafatına azərbaycanlı çapar da iddialıdır
24 İyun 2011 Cümə 12:18
Ölkəmizi Xvtsio Abelaşvili təmsil edəcək.
İyunun 24-də Kazan şəhərində Rusiya Federasiyası prezidentinin mükafatı uğrunda keçiriləcək cıdır yarışında Azərbaycan da təmsil olunacaq. Azərbaycan Respublikası Atçılıq Federasiyasından (ARAF) verilən məlumata görə, ölkəmizi Xvtsio Abelaşvili təmsil edəcək.

Bakıda yaşayan əslən gürcüstanlı Abelaşvili “Mini Squeal” ləqəbli atla çıxış edəcək. Turnirin mükafat fondu 10 milyon rubl təşkil edəcək. Çaparımız 2,4 km məsafəyə yürüşdə iştirak edəcək. Ümumiyyətlə, yarışda Rusiya regionları və MDB ölkələrindən olan 15 at mübarizə aparacaq.

Hər il keçirilən turnirdə ölkəmiz ikinci dəfə təmsil olunacaq. İlk dəfə 2009-cu ildə Qari Xint “Lake Poet” ləqəbli atla mübarizə aparıb və 5-ci yeri tutub. ARAF bu dəfə daha yüksək yerlərdən birini tutmağı hədəfləyib. Federasiyanın baş katibi Bəhruz Nəbiyevin rəhbərliyi altında Bakıdan Kazana nümayəndə heyəti yollanıb. Xvtsio Abelaşvili yığmamızın baş məşqçisi Yaqub Musayev və məşqçi Hüseyn Zamanovun rəhbərliyi altında turnirə hazırlaşıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar