“Rusiya 1”də Müslüm Maqomayev haqqında veriliş yayımlanacaq
17 Avqust 2011 Çərşənbə 11:40
Veriliş avqustun 17 və 18-də Bakı vaxtı ilə 19:55-də efirə gedəcək
“Rusiya 1” televiziya kanalında görkəmli Azərbaycan müğənnisi Müslüm Maqomayev haqqında veriliş nümayiş olunacaq. Veriliş avqustun 17 və 18-də Bakı vaxtı ilə 19:55-də efirə gedəcək.

Verilişlər “Mixail Zelenski ilə canlı yayım” proqramı çərçivəsində nümayiş etdiriləcək.
Avqustun 17-də dünya şöhrətli müğənni haqqında Moskvada çəkilmiş kadrlar əsasında görüntülər, avqustun18-də isə Bakıda çəkilmiş kadrlar yayımlanacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar