Roman Lob: Bakı şəhərini tanımaq gözəldir
19 May 2012 Şənbə 23:24
Almaniya təmsilçisi müsabiqədən əvvəl Lena Mayerdən məsləhət alıb.
"Bakını çox sevdim və bu möhtəşəm səhnəsi olan "Bakı Kristal Zalı" çox gözəldir. Eləcə də bu şəhəri tanımaq gözəldir. Yolla gələrkən Bakının binaları məni çox cəlb etdi". ANS PRESS-in Eurovision.az saytına istinadən verdiyi məlumata görə, bunu bu gün "Bakı Kristal Zalı"nda ilk məşqini edən Almaniya təmsilçisi Roman Lob keçirdiyi ilk mətbuat konfransında deyib.

Roman səhnədəki ilk məşqindən razı qaldığını bildirib. Roman ötən ilki müsabiqə təmsilçisi, çox bənzədiyi Eldar Qasımovla Almaniyada görüşdüyünü deyib. Hobbisindən də söz açan Roman 7 ildir futbol oynadığını açıqlayıb.

O, 2010-cu ilin "Eurovision" qalibi Lena Mayerlə görüşdüyünü və ondan müxtəlif məsləhətlər aldığını bildirib. "Lena mənə dedi ki, səhnədən həzz al və bil ki, orada çıxış etmək hər kəsə nəsib olmur. Nə qədər böyük işlər görsən belə gələcəkdə, bu səhnəni heç zaman unutmayacaqsan və bunu yaddan çıxarma". Roman Lob müsabiqə mahnısı olan "Standing still"i gitaranın müşayiəti ilə canlı olaraq mətbuat nümayəndələri üçün ifa edib. Mətbuat konfransında Romanın tatuajları da çox sevdiyi məlum olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar