Rəhman Əlizadə vəfat edib
17 Mart 2013 Bazar 12:01
Azərbaycan Dövlət Kukla teatrının baş rejissoru Rəhman Əlizadə bu gün dünyasını dəyişib.
Azərbaycanın əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Kukla teatrının baş rejissoru Rəhman Əlizadə xərçəng xəstəliyindən bu gün dünyasını dəyişib. Yaxınalrının veridiyi məlumata görə, mərhum Moskvada müayindən keçdinkdən sonra ona ağ ciyər xərçəngi diaqnozu qoyulub. Bu xəstəlik barədə mərhuma heç bir məlumat verilməyib, yalnız mərhumun həyat yoldaşı və uşaqları məlumatlı olublar.
“Heç ki bilmirdi onun xəstəliyini. Dünən xzünü pis hiss etdi. apardılar neftçilər xəstəxanasına. dedilər ki artıq gecdi”,- deyə aktyor Rəhim Rəhimov ANS TV-yə bildirib.
Xatırladaq ki, Rəhman Əlizadə1983-cü ildən Azərbaycan Teatr Xadimləri İttifaqının və 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub.
Əməkdar İncəsənət xadimi fəxri adı ilə təltif edilən Rəhman Əlizadə həm də Prezident mükafatçısı idi. Mərhum sabah günort saatlarında torpağa tapşırılacaq.
DOSTLARINLA PAYLAŞ: