“Müstəqil Həyat” İnkişaf və Dəstək Mərkəzi Azərbaycan Dövlət Kukla Teatrında Avropa Əlilliyi olan İnsanların Hüquqlarının Müdafiəsi Günü ilə əlaqədar “Reallığın Aynası -4” adlı foto-video sərgi keçirəcək. Mərkəzdən ANS PRESS-ə verilən məlumata görə, mayın 14-də saat 12:00-dan 14:30-a qədər davam edəcək sərginin mövzusu “Xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyası”na həsr olunub. Tədbirin məqsədi cəmiyyətin əlilliyi olan insanlara qarşı münasibətinin müsbət istiqamətə dəyişilməsi və onların bu cəmiyyətə inteqrasiya prosesində iştirakı məsələsinə diqqəti cəlb etməkdir. Tədbirdə həmçinin 12 müxtəlif reabilitasiya mərkəzi tərəfindən göstərilən geniş sahəli xidmət növləri və foto-video işləri nümayiş olunacaq. Sərgi müsabiqə şəklində keçiriləcək. Foto-video müsabiqədə iştirak edən və öz foto-video işlərini təqdim edənlər ən yaxşı sosial çarx, ən yaxşı fotoşəkil və tamaşaçılar simpatiyası prizi nominasiyaları üzrə dəyərli hədiyyə və diplomlarla mükafatlandırılacaqlar. /ANS PRESS/