Ramiz Quliyev Bodrumda istirahet edib
23 Avqust 2013 Cümə 18:26
Dostu Ramiz Quliyeve Bodrumda tetil hediyye edib.
Tarzən, xalq artisti Ramiz Quliyevin səhhətində problem yaranıb. Bu barədə Axşam.az-ın müxbirilə söhbətində sənətçinin özü məlumat verib:

“Xəstəliyimin nə olduğunu demək istəmirəm. Əsas odur ki, böyük problem deyil. Avstraliyaya müayinəyə getmişdim. Müalicə ilə sağalmağın mümkün olacağını dedilər. Yaxın günlərdə yenidən xaricə yollanacam”.

Tarzən həmçinin bildirib ki, ailəsi ilə birgə yenicə istirahətdən qayıdıb:

“Bu yay ailəmlə birlikdə Türkiyəyə dincəlməyə getmək istəyirdik. Amma hesabladıq ki, 6 min manata yaxın pul lazımdır. Üstəlik cibimizə də ən azı 2 min manat qoymalıydıq. Maddi imkanımız çatmadığından səyahəti təxirə salmaq istədik. Bir dostum bu istəyimdən xəbər tutub, istirahəti mənə və ailəmə hədiyyə etdi. Övladlarım və nəvələrimlə Bodruma gedib, on gün dincəldik. Dostum dedi ki, bunu sənə bağışlayıram. Yaxşı dincəl ki, bizim üçün gözəl mahnılar ifa edə biləsən”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar