Ramiz Əzizbəyli adina hesab açılıb
13 Oktyabr 2009 Çərşənbə Axşamı 13:50
Ramiz Əzizbəyli adina açılan şəxsi hesabın kodu: 33 88 10 19 44 96 60 20 42 16
Sevimli sənətkarımız xalq artisti Ramiz Əzizbəylinin yataq xəstəsi olması bir aya yaxındır geniş ictimaiyyətə mətbuatdan məlumdur. Bu müddət ərzində xalq artisti yardım əli uzatmaq istəyənlərə “Mən bəy nəslindənəm, heç kimdən sədəqə istəmirəm. Mən yalnız dövlətimdən kömək gözləyirəm” desə də hələ ki, bir irəliləyiş yoxdur. Düzdür, mədəniyyət nazirliyindən 600 manat yardım edilib. Lakin bu xəstənin yalnız müayinəsinə çatıb. Əlbəttə ki, müayinədən sonra müalicənin və xəstənin əməliyyata hazırlanmasına da az pul tələb olunmur. Biz hələ əməliyyata tələb olunan məbləği demirik. Hər bir xəstəliyin müalicəsini gecikdirdikdə daha ağır fəsadlar verdiyini hamı bilir. Sevimli sənətkarımız isə hələ də yataqdadır. ANS PRESS bunu nəzərə alıb, Ramiz Əzizbəylini çox çətinliklə dilə tutaraq bank hesabını saytımızda yerləşdirməyə razı sala bildi. Kömək etmək istəyənlər sənətkarın şəxsi hesabına, Ramiz Əzizbəylinin öz adına açılmış hesaba pul keçirə bilərlər.
Azərbaycan Benəlxalq Bankı, ABB - Yasamal filialı 805562
Müxbir hesabı: 0137010002944
SWİFT: İBAZAZ 2X
Şəxsi hesabın kodu: 33 88 10 19 44 96 60 20 42 16
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar