Rafiq Tağının vəziyyəti stabil ağırdır
20 Noyabr 2011 Bazar 15:20
Noyabrın 19-da bıçaqlanan yazıçı Rafiq Tağının vəziyyəti stabil ağırdır.
APA-nın xəbərinə görə, bu barədə kulis.az dərgisi məlumat yayıb.
Yazıçının üzərində aparılan cərrahiyyə əməliyyatı 6 saat yarımdan sonra, bu gün saat 05.30-da başa çatıb.
Klinik Tibbi Mərkəzin həkimi, əməliyyatı aparan cərrahlardan biri Abbas Abbasov bildirib ki, Rafiq Tağının ölüm təhlükəsi olmasa da, vəziyyəti ağırdır. Çünki xəstə çoxlu qan itirib, üstəlik əməliyyat çox gərgin keçib.
Xəstənin bədənində 6 bıçaq deşiyi var. Bu yaralar kifayət qədər ağır zədələr törədib. Onun 2 qabırğası sınıb, mədəsi, diafraqması zədələnib, dalağını isə ümumiyyətlə çıxarmağa məcbur olublar.
Rafiq Tağının vəziyyətinin stabil ağır olduğunu bildirən Abbasov, yazıçının daha bir neçə gün reanimasiyada qalacağını da əlavə edib.
DOSTLARINLA PAYLAŞ: