R.İbrahimbəyova “Altın Portağal” Kino Festivalının fəxri mükafatı veriləcək
25 Avqust 2011 Cümə Axşamı 06:37
Onun türk dünyasının “Oskar” mükafatı alan yeganə rejisoru olduğu xüsusi vurğulanıb
Xalq yazıçısı, dünya şöhrətli kinodramaturq, "Oskar" mükafatının laureatı Rüstəm İbrahimbəyov Türkiyənin Antalya şəhərində keçirilən 48-ci “Altın Portağal” Beyməlxalq Kino Festivalına dəvət olunub. ANS PRESS Türkiyə mətbuatına istinadən xəbər verir ki, festivalda fəxri qonaq kimi iştirak edəcək məşhur rejissora xüsusi mükafat təqdim olunacaq.

Qeyd edək ki, xəbərdə Rüstəm İbrahimbəyovun həyat və yaradıcılığı barədə ətraflı məlumat verilib, onun türk dünyasının “Oskar” mükafatı alan yeganə rejisoru olduğu xüsusi vurğulanıb.

Xatırladaq ki, 1999-cu ildə İbrahimbəyovun Sergey Bodrovla birgə ssenarisini yazdığı Fransız direktivi Régis Wargnier olan "Şərq-Qərb" filmi "Oskar" mükafatına layiq görülüb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar