Qulu Ağsəsin “Nabran novellası” kitabı işıq üzü gördü
19 May 2009 Çərşənbə Axşamı 12:00
Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) “Avrasiya press” nəşriyyatında şair Qulu Ağsəsin “Nabran novellası” adlı ilk nəsr kitabı işıq üzü gördü.
Bu barədə APA-ya BAMF-dən bildirilib. Xalq yazıçısı Mövlud Süleymanlının ön söz yazdığı kitabda müəllifin “Qədir gecəsi”, “Dörd sim”, “Solo konsert”, “Bəbiş kişinin qızı”, “Qarğış”, “Peyğəmbərin məqbərəsində qətl”, “Qaynaqçı” hekayələri, “Nabran novellası”, “On üç şəkilli pyes”i, esselləri, müsahibələri yer alıb. “Poeziyada bəmbəyaz bir səs...” bölümündə isə Fikrət Qoca, Çingiz Əlioğlu, Tofiq Abdin, Vaqif Bəhmənli, Qurban Bayramov, Vaqif Yusifli, Rüstəm Kamal, Cavanşir Yusifli və digər müasirlərinin Qulu Ağsəs haqqında yazıları toplanıb.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar