Qızıl kəlmə müsabiqəsi elan edili
02 Dekabr 2010 Cümə Axşamı 17:10
Müsabiqə istedadlı ədiblərin yaradıcılıq axtarışlarına zəmin yaratmaq məqsədilə keçirilir
Azərbaycanda “Qızıl kəlmə” ədəbi mükafat üçün müsabiqə elan edilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, müsabiqə 2009 - 2011-ci illər üzrə yüksək bədii və sənətkarlıq keyfiyyətlərinə malik ədəbi əsərləri dəyərləndirmək, təbliğ etmək, istedadlı ədiblərin yaradıcılıq axtarışlarına zəmin yaratmaq məqsədilə həyata keçirilir.
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə artıq ikinci dəfə keçirilən müsabiqəyə əsərlərin qəbulu dekabrın 1-dən başlayıb. Müsabiqəyə son iki il ərzində çap olunmuş kitablar və yaxud qəzetlərdə, eləcə də ədəbi dərgilərdə yer almış əsərlər təqdim oluna bilər. Qaliblər 4 - nəsr, poeziya, tənqid - publisitika, orijinaldan bədii tərcümə nominasiyası üzrə təyin olunacaq. Müsabiqənin yekunlarına əsasən qaliblər rəmzi simvol olan döş nişanı, diplom və pul mükafatı ilə təltif ediləcək.
DOSTLARINLA PAYLAŞ: