Qədim musiqi alətimiz tənbur necə qorunur?
21 Avqust 2011 Bazar 13:29
Tənbur Dədə Qorqud qopuzunun törəməsi olduğu bildirilir.
Ömər usta 40 ilə yaxındır ki, ulu Dədə Qorqudun ifa etdiyi qopuzun törəməsi olan tənbur aləti düzəldir. Balakən-Zaqatala rayonlarında bu alət böyük həvəslə ifa olunur.

“Bu gökədir. Qoz ağacından, söyüd ağacından düzəldilir. Bu aləti istəyən adamlar da çoxdur. Uşaqlar alırlar, maraq göstərirlər. Elə dost-tanışlar da maraqlanırlar”, - deyə Ömər Sunalov bildirir.

Ömər ustanın dostları alətin müşayiəti ilə bədahətən haylalar söyləyirlər. Balakənli şairə Tahirə Sultan son yazdığı şeirlər kitabında haylalara da yer ayırıb. “Haylalar ilk dəfə Şirvanda ifa olunub. Tənbur aləti Təbrizdə çox xoşlanılır. Şirvan adı saxlanmaqla, Təbrizdə Şirvan-Təbriz tənburu adı ilə istifadə olunur”.

Şairə Balakəndə bu sənətin inkşaf etdirilməsinin və haylaçılar arasında müsabiqələrin keçirilməsinin vacib oldugunu deyir.

Bəs görəsən tənburun səsindən ilham alan haylaçılara bu sənət pul qazandırırmı?

“Dəyərli sənətlə həmişə pul qazanmaq olur. Sənətimlə tanınıram. Hörmət də, pul da qazanıram. 200-300 manat pul qazanıram. Ailəni dolandırmaq olur”, - deyə haylaçı Nizam Dabahov sənətindən razılıq edir.

Dədə-babalarımızdan qalan tənbur alətilə haylalarımızı ağsaqqalarımız qoruyub saxlayır. Ümid edirik ki, gənclərimiz də bu sənəti qoruyub saxlayacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar