Qəbələdə ikinci müsiqi festivalının açılışı olub
25 İyul 2010 Bazar 20:20
Açılış Azərbaycan bəstəkarlarının əsərləri ilə başlayıb.
Qəbələdə ikinci müsiqi festivalının açılışı olub. Açılışı Azərbaycan Dövlət Simfonik Orkestri Azərbaycan bəstəkarlarının əsərləri ilə başlayıb. Festivalın bu ilk günündə Qara Qarayev, Fikrət Əmirov, Vasif Adıgözəlov və Oqtay Zülfüqarovun əsərləri ifa olunacaq.
Sabahdan isə festivalda əsasən xarici bəstəkarların əsərləri ifa olunacaq. Festivalı dünyanın bir çox kanalları da lentə alacaq. Tədbir avqustun 5-dək davam edəcək.
Bir gün sonra isə gənc istedadların konsert proqramı nəzərdə tutulur. Ayın 30-u Londondan Kral Orkestri ölkəmizə təşrif buyuracaq. Yuri Başmet, Fərhad Bədəlbəyli, inglis skripka ifaçısı Kloya Xanslep, Ştutqartda opera ifaçısı, meksikalı Tenor Emilio pons ifa edəcəklər. Avqustun 2-də İstanbulda yaşayan azərbaycanlı dirijor Ramiz Məlikaslanov və skripka ifaçısı inglis Kloya Xanslep Kloya Mendelsonun simfoniyasını ifa edəcək. Ayın 3-də bir növ fransız gecəsi olacaq. Avqustun 4-ü Murad Adıgözəlzadə solo konsertlə Resetal, Şopen və Azərbaycan bəstəkarlarından ifa edəcək. Nəhayət ayın 5-i festivalın bağlanışına pionoçu Boriss Berezovski gələcək. O, Londondan gələn Kral Orkestri ilə Rahmaninovun 3-cü konserti və ikinci simfoniyasını ifa edəcək.
Drijor Yalçın Adıgözəlov ANS-ə bildirib ki, bu festival mədəni həyatımızda çox böyük bir hadisədir: “Çünki bir ölkənin, bir dövlətin təbliğatı üçün onun siyasəti, mədəniyyəti və idmanı gərəklidir. ... Bu axşam Qara Qarayevin “İldırılmlı yollar” baletindən fraqmentlər, Fikrət Əmirov və Elmira Nəzirovanın fortepiano üçün konsertləri, Vasif Adıgözəlovun 4 saylı konserti və Oqtay Zülfüqarovun “Bayram” uverturası səslənəcək. Bu il festivalda Azərbaycan ifaçıları geniş təmsil olunub. Ancaq onlardan başqa da dünyadan böyük solistlər gələcək. London Klarnet Orkestri olacaq”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: