Qaytana Bakıda velosiped turuna çıxdı
24 May 2012 Cümə Axşamı 13:13
Ukraynanın “Eurovision” təmsilçisi İçərişəhərdə olub.
“Eurovision-2012”də Ukraynanı təmsil edən Qaytana Bakını gəzib. ANS PRESS-in Eurovision.az saytına istinadən verdiyi məlumata görə, Qaytana İçərişəhər, Qız Qalasında olub, velisopedlə bu tarixi məkanın hər dalanını özü üçün kəşf edib.

"Bakı təbiəti, insanları, qədim tarixi və müasirliyi ilə məni sadəcə heyran qoyub. Bu gözəl şəhərin hər bir yerini seyr etmək üçün velisopedə ehtiyac var. Çünki burada heç bir məqamı gözdən qoymaq olmaz. Bakıdakı Eurovision mənə müsabiqə yox, böyük musiqi festivalı təsiri bağışlayır. Bu möhtəşəmliyin bir parçası olmaqdan qürur duyuram. Bizə göstərdiyiniz diqqət və qayğıya görə sonsuz təşəkkür edirəm."

Qaytana şəhər gəzintisi zamanı Qız Qalası qarşısında keçirilən Beynəlxalq "Qız Qalası" İncəsənət Festivalına da qatılıb. Müğənni buradakı quzu maketinin üzərində ürək şəkli də çəkib.




DOSTLARINLA PAYLAŞ:

oyunlar