Qan Turalı Mustafa romanı təqdimat mərasimi
22 Oktyabr 2011 Şənbə 18:46
Bu gün “Əli və Nino” kitab mağazasında gənc yazıçı Qan Turalının yenicə nəşr olunmuş “Mustafa” romanının təqdimat mərasimi keçirilib.
APA-nın xəbərinə görə, tədbiri “Qanun” Nəşrlər Evinin baş direktoru Şahbaz Xuduoğlu açaraq deyib ki, Qan Turalının romanı “Ən yeni ədəbiyyat” seriyasından çıxan kitablarla yarışa girməyi bacaran kitabdır: “Roman Bakıda yaşayan bir tələbənin həyatından bəhs edir. Bizim nəşriyyat üçün Qan Turalının imzasının xüsusi yeri var”.
Qan Turalı “Mustafa” romanını 25 yaşında yazmağa başladığını, 27 yaşında bitirdiyini deyib: “Həyatda, siyasətdə gördüyüm faciələri ədəbiyyata gətirmək istəmişəm. Mən 70-80-ci illərdə doğulmuş nəslin yeni dövrdəki faciəsini, yaşadığı təbəddülatları “Mustafa”da göstərməyə çalışmışam”.
Qan Turalı kitabın redaktorları Mirmehdi Ağaoğluna və Şərif Ağayara təşəkkürünü bildirib.
Çıxışlardan sonra müəllif oxucular üçün kitabı imzalayıb. APA
DOSTLARINLA PAYLAŞ: