Pyer Karden Polad Bülbüloğluna beynəlxalq mükafat verib
09 İyun 2011 Cümə Axşamı 00:17
Biri digərinə qızıl gül bağışlayan iki tunc əldən ibarət olan heykəlciyin eskizini kuturye özü yaradıb.
Dünya şöhrətli fransız dizayneri Pyer Karden Moskvada Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna “Rusiyaya məhəbbətlə” beynəlxalq mükafatını təqdim edib. AzərTAc İTAR-TASS agentliyinə istinadən xəbər verir ki, mükafatın təqdim edilməsi mərasimi Rusiya paytaxtındakı “Metropol”da keçirilib. Mükafatın rəmzi, biri digərinə qızıl gül bağışlayan iki tunc əldən ibarət olan heykəlciyin eskizini kuturye özü yaradıb.

“Rusiyaya məhəbbətlə” mükafatına ilk dəfə rəssam Nikas Safronov layiq görülüb.

Bu mükafatın növbəti laureatı Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu olub.

“Bu insanı “canlı şəkildə” görmək hər birimizin arzusu idi. Onun əlindən mükafat qəbul etmək isə əsl səadətdir”, - diplomat bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar