Azərbaycan Prezidenti İlham Əliyev “Avroviziya-2009” mahnı müsabiqəsində böyük qələbə qazanmış Aysel Teymurzadə və Araşı təbrik edib. Dövlət başçısı İlham Əliyev Aysel və Araş ilə telefonla danışaraq, Azərbaycanı Avropa miqyasında layiqincə təmsil etdiklərini bildirib, onların bu nailiyyətini yüksək qiymətləndirib və gənc ifaçılara yeni yaradıcılıq uğurları arzulayıb.
Qeyd edək ki, Azərbaycan təmsilçiləri qitə miqyaslı müsabiqənin may ayının 16-da keçirilən final mərhələsində 25 ölkənin musiqiçiləri arasında üçüncü yeri tutublar. /ANS PRESS/