Prezident teatrın inkişafı ilə bağlı sərəncam verib
18 May 2009 Bazar Ertəsi 23:30
"Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramı"nın təsdiq edilməsi barədə sərəncam teatrın zəngin bədii irsinin qorunmasını nəzərdə tutur

 

Prezident İlham Əliyev ""Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramı"nın təsdiq edilməsi barədə bu gün sərəncam verib. Prezident Azərbaycan teatrının zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunmasını, milli mənəvi dəyərlərin təbliği və dünya mədəniyyətinə inteqrasiyasını təmin etmək, milli teatr sənətinin davamlı inkişafını dəstəkləmək məqsədi ilə ""Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramı"nın təsdiq edilməsini qərara alıb. Bu sərəncamda qeyd olunan Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının əlaqələndirilməsi Mədəniyyət və Turizm Nazirliyinə həvalə edilib. Həmçinin, Nazirlər Kabinetinə tapşırılıb ki, sərəncamdan irəli gələn məsələləri həll etsin. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar