Polis haqqında film çəkilib
01 Noyabr 2011 Çərşənbə Axşamı 18:44
Azərbaycanda polis işçiləri haqqında film çəkilib.
 Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, Çingiz Abdullayevin ssenarisi əsasında “Azərbaycanfilm” kinostudiyası ilə “Sədra-film” (İran) şirkətinin birgə istehsal etdikləri bədii film “Tərsinə çevrilən dünya” adlanır. Filmdə daxili işlər orqanlarının əməkdaşları tərəfindən keçirilmiş əməliyyat nəticəsində cinayətkar dəstənin fəaliyyətinə son qoyulur. Filmin quruluşçu rejissoru Ənvər Əbluc, quruluşçu operatoru Kənan Məmmədov, quruluşçu rəssamı Rafis İsmayılov, bəstəkarı Oqtay Rəcəbov, icraçı prodüseri Adil Qulamovdur.

Filmin rollarında Rasim Balayev, Məhəmmədrza Forutən, Fuad Poladov, İlham Əsgərov, Natella Kərimova, Günel Məmmədova, Humayun İrşadi, Sona Mikayılova, Qorxmaz Əlilicanzadə, Məmməd Səfa və başqaları çəkilib. “Tərsinə çevrilən dünya” bədii filmin təqdimatının Beynəlxalq Muğam Mərkəzində keçirilməsi nəzərdə tutulur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar