Pianoçular arasında elmi-ifaçılıq müsabiqəsi keçiriləcək
27 Noyabr 2010 Şənbə 16:25
Müsabiqə Bakı Musiqi Akademiyasının 90 və BMA-nın orta ixtisas musiqi məktəbi-studiyasının 30 illiyinə həsr olunur
Bakıda pianoçular arasında ilk dəfə Qara Qarayev adına beynəlxalq elmi-ifaçılıq müsabiqəsi və “Qara Qarayev yaradıcılığında fortepiano” mövzusunda ilk beynəlxalq elmi-ifaçılıq konfransı keçiriləcək. 1-10 dekabra təyin olunmuş konfrans Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının 90 illiyinə və BMA-nın orta ixtisas musiqi məktəbi-studiyasının 30 illiyinə həsr olunur.
Müsabiqənin və konfransın əsas məqsədi təcrübə ilə ifaçılıq nəzəriyyəsinin yaxınlaşdırılmasıdır. Təşkilatçılar Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Bəstəkarlar İttifaqı və Musiqi Xadimləri İttifaqıdır.
Elmi-ifaçılıq müsabiqəsinin münsiflər heyətinin sədri BMA-nın rektoru, professor Fərhad Bədəlbəylidir. Bədii rəhbər BMA musiqi məktəbi-studiyasının direktoru, sənətşünaslıq doktoru, professor Tərlan Seyidovdur.
İlk beynəlxalq elmi-ifaçılıq müsabiqəsi 10-30 yaşlı musiqiçilər arasında keçirilir.
Müsabiqə iştirakçılarının məruzə və ifa mövzuları Qara Qarayevin və öz ölkələrinin bəstəkarının əsərləridir. Müsabiqənin hər iki mərhələsində iştirakçıların hər bir yaş qrupu üçün pul mükafatı və diplomlar nəzərdə tutulub.
Birinci yaş qrupu üçün (10 - 16 yaş):
I mükafat - 2000 AZN
II mükafat - 1500 AZN
III mükafat - 1000 AZN
IV mükafat - 500 AZN
Üç diplom - hər biri 250 AZN
İkinci yaş qrupu üçün (17 - 30 yaş):
I mükafat - 4000 AZN
II mükafat - 3000 AZN
III mükafat - 2000 AZN
IV mükafat - 1000 AZN
Üç diplom - hər biri 500 AZN.
DOSTLARINLA PAYLAŞ: