Peyğəmbər və imamların uşaqlar haqqında dedikləri
26 Yanvar 2011 Çərşənbə 11:05
"Övladını sevindirən şəxsə Allah-Təala Qiyamət günü sevinc bəxş edər".
"Övladını əzizləyərək öpən şəxsə böyük bir savab yazılar. Övladını sevindirən şəxsə Allah-Təala Qiyamət günü sevinc bəxş edər. Valideynlərindən Quran öyrənən övladlar Qiyamət günü ata-analarını çağırar və onlara Cənnət əhlinə işıq saçan paltar geyindirirlər". ANS PRESS-in "Karvan" jurnalına istinadən verdiyi məlumata görə, Məhəmməd Peyğəmbər (s.ə.s) belə buyurub.

Məhəmməd Peyğəmbər (s.ə.s) buyurur:
"Qız övladını gözəl tərbiyə edib savadlandıran şəxs Allahın nemətlərindən bəhrələnər və qız övladının xatirinə bol nemətlər verər".

Məhəmməd Peyğəmbər (s.ə.s) buyurur:
"Təqvalı olun, uşaqlarınız arasında ədalətli olun, onlarla ədalətlə rəftar edin".

Məhəmməd Peyğəmbər (s.ə.s) buyurur:
"Övladlarınızı bu üç xüsusiyyətlə tərbiyə edin: Peyğəmbərinizi sevməyi, onun Əhli-beytini sevməyi, Quran oxumağı".

İmam Sadiq (ə) buyurur:
"Uşaqlarınızı yeddi yaşına qədər sərbəst buraxın, oynayıb şənlənsinlər.Yeddi yaşdan sonra onlara Quran oxumağı öyrədin. Daha sonra yeddi il onlara halal və haramı öyrədin və bu şəraitdə tərbiyə edin".

İmam Əli (ə) buyurur:
"Övladlarınıza namaz öyrədin, yetkinlik yaşına çatdıqda namaz qılmalarına ciddi yanaşın".

ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar