“Oskar” mükafatına namizədlərin adları açıqlanıb
26 Yanvar 2011 Çərşənbə 06:30
“İlin filmi” nominasiyasında əsas favorit tarixi dram olan “Kral danışır!” filmidir.
Los Ancelsdə Amerika Kino Akademiyasının “Oskar” mükafatına namizədlərin adları elan olunub. Bu iş Amerika kino sənəti akademiyasının prezidenti Tom Şerak və kino aktrisa Monikin üzərinə düşüb.
“İlin filmi” nominasiyasına 10 film namizəddir. Bunlar
Tom Huperin “Kral danışır!”
Darren Aronofskinin “Qara qu quşu”
Devid O. Rasellanın “Döyüşçü”
Kristofer Nolananın “Başlanğıc”
Liz Xolodenkonun “Uşaqlar qaydasındadır”
Denni Boylanın “127 saat”
Devid Finçerin “Sosial şəbəkə”
Koen qardaşlarının “Dəmir güc”
Debr Qranikin “Qış sümüyü”
Li Ankriçin “Oyuncaqların hekayəti: Böyük qaçış” filmləridir.
Bu dəfə əsas favorit tarixi dram olan “Kral danışır!” filmidir. Bu ekran əsəri 12 nominasiya üzrə “Oskar”a namizəddir. Bundan başqa filmdə Britaniya monarxı 6-cı Qeorq obrazını yaradan Kolin Fert və onun həyat yoldaşı rolunda çəkilən Helena Bonem-Karterin də bu mükafatı qazanmaq üçün şansları yüksək qiymətləndirilir. Cefri Raş isə ikinci plandakı rola görə “Oskar”a namizəddir. Qeyd edək ki, Amerika Kino Akademiyası mükafatlarının 83-cü təqdimat mərasimi fevralın 27-də Los-Ancelesdə keçiriləcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: