Orhan Pamuk yeni kitab yazır
08 İyul 2013 Bazar Ertəsi 17:45
Yazıçı Orhan Pamuk yeni kitabını 2014-cü ilin ilk aylarında təqdimata çıxaracaq.
Nobel mükafatı laureatı, tanınmış türk yazıçısı Orhan Pamuk yeni kitab yazır. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, yazıçı yeni kitabını 2014-cü ilin ilk aylarında təqdimata çıxaracaq.
O. Pamuk daha əvvəl 2003-cü ildə "İstanbul: Xatirələr və şəhər" kitabının çıxarıb. Yazıçının uşaqlığını və gəncliyini keçirdiyi, xatirələrinin dəyişməz məkanı olan İstanbulu anlatdlğı kitab oxucular arasında böyük marağa səbəb olub.
Bu kitabın 40-dan çox dilə tərcümə olunduğunu bildirən O. Pamuk bundan başqa özünün "Seçmələr" kitabının da tez bir zamanda nəşr olunacağını qeyd edib.
"Seçmələr”də yazıçının əvvəlki kitablarından heç yerdə dərc olunmamış yazıları da işıq üzü görəcək. Bu kitab yazıçının seçdiyi mətn və hekayələrdən ibarət olacağı bildirilir.
Bu arada, yazıçının bu ilin avqust ayında “Qara Kitaba Giriş” adlı kitabı da nəşr olunacaq. 2014-cü ildə işıq üzü görəcək kitab "Beynimdə bir qəribəlik içində hazırlıqlar davam edir" ifadələri işlənib.
DOSTLARINLA PAYLAŞ: