Opera və Balet Teatrı “Cırtdan” operasını hazırlayır
09 İyun 2009 Çərşənbə Axşamı 15:25
“Cırtdan” operasının təqdimatı iyunun 14-də olacaq

İyunun 14-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı “Uşaq ili” çərçivəsində tamaşaçılara tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Nazim Əliverdibəyovun “Cırtdan” operasını təqdim edəcək. Məşhur uşaq nağılı “Cırtdan”ın motivləri əsasında səhnələşdirilmiş ikipərdəli nağıl-operanın musiqi rəhbəri və dirijoru əməkdar incəsənət xadimi Kazım Əliverdibəyov, quruluşçu rejissoru əməkdar incəsənət xadimi Hafiz Quliyev, xormeysteri əməkdar incəsənət xadimi Sevil Hacıyeva və baletmeysteri əməkdar incəsənət xadimi Yuliana Əlikişizadədir.
Tamaşada əsas rollarda teatrın gənc solistləri İnarə Babayeva (Cırtdan), Səbinə Əsədova (Nənə), Tural Ağasıyev (Qoca) və başqaları çıxış edəcəklər./AzərTAc/



DOSTLARINLA PAYLAŞ:

oyunlar