On ilin ən yaxşı əsəri müəyyən edildi
22 Dekabr 2010 Çərşənbə 00:40
Nəsimi Milli Ədəbiyyat Müsabiqəsinin birinci mərhələsi başa çatdı
III Nəsimi Milli Ədəbiyyat Müsabiqəsinin birinci mərhələsi başa çatıb. Müsabiqənin qalibləri dekabrın 25-də saat 13-00-da Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcək tədbirdə açıqlanacaq.

Xatırladaq ki, 9 nəfərdən ibarət Ekspertlər Şurası son on ilin uğurlu bədii əsəri, ilin romanı və ilin şeir kitabı olmaqla 3 nominasiya üzrə qalibləri müəyyən ediblər. Bundan əlavə, təşkilatçıların yazarlar arasında keçirdiyi alternativ sorğunun da qalibləri - hər nominasiya üzrə ən yaxşı 5 kitabın adı açıqlanacaq.

Müsabiqənin ikinci mərhələsi- Debüt nominasiyasının qalibləri isə gələn il fevralın 2-də elan olunacaq.

Qeyd edək ki, Nəsimi Milli Ədəbiyyat Müsabiqəsi 2008-ci ildən etibarən hər il keçirilir. Müsabiqənin təşkilatçısı Kultaz.Com mədəniyyət portalıdır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar