Ömrümüzün unudulmaz bir günündə qarşılaşdıq...
17 Dekabr 2010 Cümə 11:30
Oqtay Sadıqzadə həyat yoldaşı Elmira Şahtaxtinskaya haqqında
Ömrümüzün unudulmaz bir günündə qarşılaşdıq. Mən artıq təhsil görmüş, müəyyən təcrübə toplamış rəssamıydım. Həm yaradıcılıqla məşğul olur, həm də "Azərnəşr"də bədii redaktor işləyirdim. Elmira isə tələbəydi. Bakıda Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirib, Moskvada Surikov adına Rəssamlıq İnstitutunda təhsilini davam etdirirdi. Sonuncu kursdaydı. Bakıya yay tətilinə gəlmişdi. Başqa rəssamlar kimi, o da "Azərnəşr"dən sifariş götürdü. Bir müddət sonra isə çəkdiyi rəsmi gətirdi. Bu boy-buxunlu, qədd-qamətli, suyuşirin qız ilk baxışdan ürəyimə yatmışdı. Ancaq o vaxt bir-birimizi yaxından tanımağa imkan tapmadıq. Dərslər başlandı. Elmira Moskvaya yollandı. Bir il sonra "Azərnəşr"də yenidən üz-üzə gəldik. Nədənsə, onu görəndə sevindim. Bir də ona şadlandım ki, budəfəki gəlişi qısamüddətli deyildi. Təhsilini başa vurub, həmişəlik Bakıya qayıtmışdı. Bir yerdə işləyəcəkdik. Çünki təyinatını "Azərnəşr"ə vermişdilər. Mənim redaktorluğum altında işləyəcək, plakat şöbəsinə rəhbərlik edəcəkdi.

İş otaqlarımız eyniydi. İstər-istəməz hər gün görüşürdük. Elmiranın gəlişiylə dünyam bambaşqa oldu. Onun varlığı günlərimə yeni rəng qatdı. Həyatım dəyişdi. Mən elə əvvəldən azdanışanam, adamlara gec qaynayıb-qarışıram. Elmira isə əksinə. Həddindən artıq istiqanlı, ünsiyyətyiliydi. Söhbətimiz tuturdu. Ömrümüzün ayrılıqda keçən günlərini anladırdıq bir-birimizə...

Hər ikimiz Bakıda doğulub-böyümüşdük. Mən 1921-ci ildə İçərişəhərdə dünyaya göz açmışam. Hər daşından, divarından qoca tariximizin boylandığı o əyri-üyrü küçələrdə yıxıla-dura yerimək öyrəndim. Elmiranın təvəllüd tarixi isə 1930-cu ildir. Onun uşaqlıq illəri Hökumət eviylə üzbəüz yerləşən, Alimlər evi adlanan binada keçib. Elmira əslən naxçıvanlıdır. Babalarının özlərinə soyad kimi götürdüyü doğma yurdları Şahtaxtı Azərbaycanın ən qədim yaşayış məskənlərindəndir. Şahtaxtlılar nəsli Azərbaycana neçə-neçə məşhur övlad bəxş edib. Elmiranın babası Baxşəli ağa Şahtaxtinski Naxçıvanda dövlət qulluqçusu olub. Nüfuzu, sözükeçərliyi, vətənpərvərliyi erməniləri ona düşmən eləyib. Heç Baxşəli ağa da düşmən qarşısından qorxub-çəkinən oğullardan olmayıb. Ermənilər bir gün fürsət tapıb onu iki oğluyla qətlə yetiriblər. Baxşəli ağanın sağ qalan dörd oğlunun hamısı sonralar ayrı-ayrı sahələrdə tanınıb. Elmiranın atası Həbibulla bəy Şahtaxtinski məşhur alimiydi. Anası Leyla isə yarıtiflisli idi, yarıqarabağlı. O da şöhrətli bir nəslin - Qayarların davamçısıydı.

Gözümü açıb evimizdə şeir-sənət söhbətləri eşitdim. Atam Seyid Hüseyn də, anam Umgülsüm də ədəbiyyatı həddindən artıq sevirdilər. Biri yazıçı-jurnalist, o biri şairiydi. Evimizin qonaqları da daha çox ədəbiyyat, incəsənət adamları olurdular. Atamın rəssamlıq qabiliyyəti vardı. Arabir özü üçün şəkillər çəkərdi. Onun bu bacarığıydımı, yoxsa ürəyində qalan istəyi idimi məni rəssamlığa həvəsləndirən? Bilmirəm. Səkkizinci sinfi bitirib Rəssamlıq Məktəbinə daxil oldum…

Elmira isə başqa ab-havada böyüyüb. Onların ailəsində hamı ya kimyaçıydı, ya da fizik. Atası Həbibulla bəy tanınmış kimyaçı-alim idi. Anası Leyla xanım Tibb İnstitutunu bitirmişdi. Onların dörd qızı, bir oğlu vardı. Elmira ailənin üçüncü uşağıydı. Onun bacıları, qardaşı da elə orta məktəbdən kimya, fizika elmlərinə maraq göstəriblər. Sonradan bu sahələrdə ad-san qazandılar. Qardaşı akademik, bayılarının bəzisi elmlər doktoru, bəzisi elmlər namizədi alimlik dərəyələrini aldılar. Təkcə Elmira başqa yol tutdu. Ancaq ailə ənənəsindən kənara çıxmaq onun yox, valideynlərinin arzusu olub. Hələ kiçik ikən Elmira da başqa uşaqlar kimi şəkil çəkib. Ata-anası qərara gəlib ki, onu başqa sənətə, rəssamlığa qoysunlar. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə daxil olandan sonra isə Elmirada bu sənətə qarşısıalınmaz istək yaranıb. Tezliklə məktəbin ən fəal, əlaçı tələbələrindən sayılıb. Elmiranın xasiyyəti beləydi. Gərək hər yerdə birinci olaydı. Heç zaman kölgədə qalmaz, harda olsaydı, təşəbbüsü ələ alardı.

Söhbətlərimizdə arabir həyatımın çətin keçən günlərini - 15-16 yaşındaykən atamı xalq düşməni kimi həbsə atdıqlarını, bir il keçməmiş anamın da tutulub sürgünə göndərildiyini danışırdım ona. Ürəyimdə o qədər qubar vardı ki… Atam 1937-ci ildə biryolluq getdi. Ondan sonra bizi çox incitdilər. 1938-ci ildə məni oxuduğum Rəssamlıq Məktəbindən çıxartdılar. Çox böyük çətinliklərlə ora bərpa olundum. Seyid Hüseynin övladları olduqlarına görə qardaşlarımın-bacımın da başı az ağrı çəkmədi. Maddi sıxıntılarımız çox oldu. Çünki "xalq düşmənləri"nin uşaqlarını hələm-hələm işə də götür-mürdülər. Qohum-əqrəbadan, dost-tanışdan ümidimizi isə çoxdan kəsmişdik. Dövr, zəmanə eləydi ki, hamı yanının qorxusundan "xalq düşməni"nin ailəsindən gen gəzirdi.
Yeddi ilin ayrılığından dönən anam da yaralı qəlbimizi ovuda bilmədi. Sürgündən xəstə, üzgün qayıtmışdı. Üç ay sonra isə vəfat etdi. "Xalq düşməni"nin arvadı kimi...

Elmiranın əmisi də Sovet hakimiyyətinin "təmizləmə" siyasətinin bəlasını çəkmişdi. Elmira kiçik yaşlarından evlərində "xalq düşməni"nin qohumu olmaq xofuyla yaşayan ata-anasını görüb. Yəqin, buna görə mənim dərdlərimə, ürəkağrılarıma nabələd deyildi.

...Günlər ötüb-keçirdi. Birinci görüşdən xoşuma gələn qızı yaxından tanıdıqca, halına-xasiyyətinə bələd olduqca, daha çox sevirdim. Ona rast gələndə 34 yaşındaydım. Ancaq hələ də evlənmək barədə düşün-mürdüm. Biz rəssamlar bir az azadlıqsevər oluruq axı. Mən də beləydim. Amma ailə qurmaq fikrini yaxın buraxmamağımın səbəbi təkcə bu deyildi. Uzun illər sabahımızdan nagüman yaşamışdıq. Stalinin vəfatından, Bağırovun həbsindən sonra bir az rahat nəfəs almağa başladıq. Həm də ona görə ailə qurmaq istəmirdim ki, evim yoxuydu. Həmin günlərdə mənə İnşaatçılar prospektindəki "Rəssamların binası" deyilən binada ikiotaqlı mənzil verdilər. Mən də ürəklə Elmiraya evlənmək təklifi elədim. Demək olar, dərhal razılıq verdi. Ogünədək bir həqiqəti anlamışdım: nə çəkdiyim ayılar, nə mənzilimin olmaması, əslində, 34 yaşadək subay qalmağımın səbəbi deyildi. Elmiranı görəndən sonra bu problemlərin hamısı mənə adidən-adi görünürdü. Dünyamda, sadəcə, o vardı. Əsl sevgi olan yerdə bir-birinə hər şeyi güzəştə gedirsən. Elmira da, mən də buna hazır idik.
Elçilərimi - yazıçı Qılman İlkini, qardaşım Toğrulu başqa yaxın dostumla birgə Həbibulla bəy Şahtax-tinskinin hüzuruna yolladım. Qız evinin razılığı alındı. Üç-dörd ay nişanlı qaldıq. Toyumuzu Elmiragilin evlərində etdik. Təmtəraqlı məclis qurulmadı. Amma çox maraqlı keçdi. Bibim oğlu, Azərbaycan radiosunun diktoru rəhmətlik Sabutay Quliyevin iş yoldaşları toydaydılar. Musiqiçilərin hamısı tanınmışlar idi. Hacı Məmmədov, müğənni Gülağa Məmmədov… Onlar Sabutayın iş yoldaşları, mənim tanışlarımıydılar. Gülağayla çox yaxınıydıq. Tarzən Hacı Məmmədovla isə eyni məktəbdə oxumuşduq. Toyumuzda elm adamları da iştirak edirdilər. Ancaq söz yox ki, qonaqların çoxu rəssamlarıydı.

Subaylıq həyatımla vidalaşandan sonra, bəzi qayda-qanunlarımı da dəyişməli oldum. Əvvəllər gündüzlər "Azərnəşr"də, gecə saat birdən səhər saat yeddiyədək emalatxanamda işləyərdim. Ailə qurandan sonra emalatxanadakı iş vaxtımı dəyişdim. Elmiranın isə əvvəldən rəssamlıqla məşğul olmaq üçün xüsusi iş saatı yoxuydu. Nə vaxt ürəyinə, ağlına doldu, fırçasını o vaxt alırdı əlinə.

Birgə yeni, maraqlı həyata başladıq. Təkcə ona görə yox ki, hər ikimiz rəssam idik, həmişə bölüşüləsi fikirlərimiz vardı. Həm də ona görə ki, zövqlərimiz uyğun gəlirdi. Demək olar, oxşar musiqiləri, opera əsərlərini sevirdik. Ancaq bir sahədə marağımız fərqliydi. Onun baletdən xoşu gəlirdi, mənimsə yox. Elmiranın sayəsində sonralar onu da başa düşdüm. Maraqlarımızın düz gəlməsi tez-tez mühabisə eləməyimizə mane olmurdu. Nə qədər qəribə görünsə də, söz-söhbətimiz daha çox rəssamlığa görə düşərdi. O, hansısa əsəri bəyənərdi, mən yox, ya da əksinə. Bu, üslub məsələsiydi. Məsələn, klassik alman rəssamları böyük sənətkarlardır. Ancaq çəkdikləri mə nim zövqümyə deyil. Elmiranın isə onların yaratdığı əsərlərdən xoşu gəlirdi...

Elmira Rəssamlıq İnstitutunun plakat şöbəsini bitirmişdi. O vaxt bu sahəni siyasətlə çox əlaqələndirirdilər. Rəssamlara sifariş edilən plakatlar Sovet hökumətinin ideyalarına xidmət etməliydi. Elmiranın da dövrün tələbiylə çəkdiyi plakatlar var. Bunlar, əsasən, sülh, neft, pambıqçılıq mövzularındadır. İlk vaxtlar o, daha çox belə əsərlər çəkirdi. Həmin plakatlar Elmiranın yaradıcılığında, bir növ, keçid rolunu oynadı. Təcrübəsi artdıqca, belə əsərlər onu qane etmədi. Elmira bu cür mövzularla məhdudlaşan rəssam olaraq qala bilməzdi. Ona görə də bir müddət sonra başqa sahəyə keçdi. Əsərlərini Azərbaycan tarixinə həsr etdi. Onun çəkdikləri artıq bədii işiydi. Amma müəyyən dərəcədə plakat janrını da saxlayırdı. Sonra ondan da çıxdı. "Azərbaycan qədim mədəniyyət diyarıdır" adı altında 30-dək əsər yaratdı. Onlarda orta əsrlər ədəbiyyatı, şeiriyyəti, arxitekturası sahələrində sözünü demiş şəxsiyyətləri təsvir etdi. Həmin əsərləri ərsəyə gətirmək rəssamdan tələb edirdi ki, tariximizi, ədəbiyyatımızı öyrənsin, zəngin materiallar toplasın. Elmira bu işin öhdəsindən gəlirdi. Yaratdığı məzmunlu əsərləriylə Azərbaycan tarixini, mədəniyyətini təbliğ edirdi. Onlar klassik əsərlər kimi həmişə qalacaq. Mən bunu Elmiranın həyat yoldaşı kimi yox, bir rəssam kimi deyirəm.

O, peşəkar rəssamıydı. İşinə münasibətdə olduqca ciddiydi. Dövlət sifarişiylə çəkdiyi siyasi plakatları belə başdansovdu işləməzdi. Ancaq bir xasiyyəti vardı ki, sifarişlə götürdüyü işə vaxtında başlamazdı. Hansısa hadisəyə, tədbirə həsr etməli olduğu plakatı saxlayar-saxlayar, üç-dörd gün qalmış başlayardı çəkməyə. Nə geyəsi olurdu, nə gündüzü. Dincliyini itirirdi. İstirahəti unudurdı. Üç-dörd gün sonra taqətdən düşmüş halda çıxardı emalatxanadan. Özünə qarşı həddindən artıq tələbkarıydı. Əsər çəkməyə hazırlaşanda iyirmi-otuz eskiz edirdi. Sonra da seçə bilmirdi ki, hansı daha yaxşıdır. Çaşıb-qalırdı. Həmişə də özündən narazıydı. Çəkdiyi rəsmlərə baxıb deyirdi ki, yaxşı deyil. Amma rəssam nəzərləriylə baxanda görmək olurdu ki, yaxşıdır, çünki onlar böyük zəhmətin nəticəsiydi.

Özünü bütünlüklə işinə həsr eləyib, günlərlə emalatxanasından çıxmayanda, əlbəttə ki, evdə narazılıq yaranırdı. Ondan nigaran qalırdım. Düzdür, emalatxanası uzaqda deyildi. Elə bizim binanın birini mərtəbəsindəydi. Həm də Elmiranın bir xasiyyəti vardı ki, işləyəndə emalatxanasının qapısını hamının üzünə bağlamazdı. Mən rəsm çəkəndə tək qalmağı xoşlayıram. Razı olmuram ki, kimsə yarımsaatlıq da olsa yanıma gəlsin. Çünki fikirlərimdən ayrılıram. Elmira isə adam yanında, məsləhətləşə-məsləhətləşə daha həvəslə işləyirdi. Ona görə də emalatxanasına tez-tez gedirdim. Amma istirahətsiz işlədiyini gördükcə, daha çox narahat qalırdım...

Yeganə oğlumuz Altayın qayğısını daha çox nənəsi çəkərdi. Ali təhsilli həkim, gözəl piano ifaçısı olan qayınanam işə getməyi çoxdan unutmuşdu. Əvvəlcə özünün beş uşağını böyüdüb, tərbiyə eləmişdi. Sonra da nəvələrini. Övladlarının hamısı iş adamıydı. Ona görə də uşaqlarını çox vaxt analarının öhdəsinə buraxırdılar. Həbibulla bəy Şahtaxtinskinin evi uşaq bağçasına bənzəyirdi.

Elmira rəssam kimi həmişə məşğul olsa da, evinə, mətbəxinə lazımınca vaxt ayırırdı. Düzdür, həmişə köməkçisi olardı. Ancaq yeməyi bəzən özü bişirərdi. Ümumiyyətlə, bizdə biş-düş məsələsi problem deyildi. Mən də bəzi xörəkləri yaxşı bişirə bilirdim. Sonralar Altay da yemək hazırlamağı öyrəndi. Hansımızın vaxtı, həvəsi olsaydı, mətbəxə keçər, dadlı xörək bişirərdi. Çünki necə gəldi, nə gəldi, yeməklə heç birimizin arası yox idi. Elmira xoşlayırdı ki, evdə hər şey səliqəli olsun. Paltarlarını da çox vaxt özü tikirdi. Tikişlə məşğul olanda səhərədək oyaq qalırdı. Hərdən buna görə də mübahisə edərdik.

Evliliyimizin ilk vaxtlarında Elmira mənim kiçik şəklimi çəkdi, profildən. O vaxt qara, buruq saçlarım vardı, eynək taxırdım. Şəkil pis çıxmamışdı. Amma böyük portretimi çəkməyini istəmədim. Mən isə onun portretinin üz hissəsini işlədim. Sonralar əsəri tamamladım. İndi otağımdan asılan bu portreti Elmira çox bəyənərdi. Hərdən mənə irad tutardı: "Əvvəl yaxşı çəkmişdin. Sonra korladın". Halbuki sonradan şəklə heç əlimi də vurmamışdım. Ona görə də hirslənərdim. Bu da olardı, yeni mübahisə mövzusu.

Deyirlər, rəssamlar gözəllərə, gözəlliyə qarşı etinasız qalmırlar. Bu, həqiqətdir. Amma bizim ailədə vəziyyət bir az başqaydı. Çünki eyni sənətin sahibləriydik. Elmira da gözəlliyə rəssam gözüylə baxırdı. Mən görmədim ki, bircə dəfə göyçək qıza "Çirkindir", - desin. Ancaq əlbəttə, qısqanclığı da vardı. Bu da söz-söhbətin düşməsinə səbəb ola bilərdi. Amma bizim mübahisələrimiz, əsasən, sənətə görə düşürdü.

Rəssamla ailə qurmağım həyatıma da, yaradıcılığıma da ancaq müsbət təsir göstərdi. Elmira heç vaxt çəkdiyim rəsmlərə laqeyd qalmır, məni həvəsləndirirdi. Şübhəsiz, o da mənim barəmdə eyni fikirdəydi. Sonralar evimizdəki rəssamlıq barədə söhbətlərdən oğlumuz da kənarda qalmırdı. Çünki artıq o da bizimlə eyni sənətdəydi. Altaya nə mən, nə də anası "Rəssam ol" demişdik. Sadəcə, göz açdığı mühit özü onu bu sahəyə gətirdi.

Elmiraya bütün fəxri adlar verildi. Xalq rəssamı adını məndən qabaq aldı. Həm ona görə ki, plakat sahəsi o illərdə göz qabağındaydı, Elmira dəfələrlə xarici ölkələrdə keçirilən sərgilərdə iştirak etmişdi, həm də o çox fəal idi. Heç nəyə laqeyd qalmazdı. Rəssamlar İttifaqında nəsə düzgün olmayanda, onun aradan qaldırılması üçün əlindən gələni əsir-gəməzdi. Onu əhatə edənləri həmişə özününkü bilərdi: "Mənim həyat yoldaşım", "mənim oğlum", "mənim şəhərim", "mənim küçəm", "mənim respublikam" fikriylə yanaşardı dövrəsindəkilərə: "Mənimdirsə, deməli, onun yolunda əlimdən gələni etməliyəm" düşüncəsi çox güclüydü onda. Özününkü bildiklərinə heç vaxt etinasızlıq göstərməzdi. Bir vaxtlar başladılar şəhərdə ağacları kəsməyə. Elmira əməlli-başlı qəzəbləndi. Sözün əsl mənasında, mübarizəyə başladı. Bakı Soveti İcraiyyə Komitəsində baş aqronom işləyən Snyavskiylə, az qaldı, əlbəyaxaya çıxsın. Mümkün olan bütün yerlərə getdi. İki ilini ağacların kəsilməsinin dayandırılmasına həsr etdi. Axır ki, istəyinə çatıb, rahat nəfəs aldı. Hər şeyə qarışırdı. Tez-tez rayonlara gedərdik. Kolxozlarda da nəyisə yerli-yerində görməyəndə iradını bildirərdi.
1980-ci illəriydi. Respublika rəssamlarının qurultayı keçirilirdi. Azərbaycan SSR-in birinci katibi işləyən Heydər Əliyev də tədbirdə iştirak edirdi. Çıxışlar başa çatırdı. Seçkilər başlayacaqdı. Elmira söz istədi. Hamı gözləyirdi ki, o da başqaları kimi rəssamların, rəssamlıq sənətinin problemlərindən danışayaq. Elmira elə ilk kəlmələriylə hamını heyrətə saldı: "Mən rəssamlıqdan yox, başqa məsələdən - Kirovabaddan danışmaq istəyirəm. Nə vaxtadək Gəncənin adı Kirovabad olaraq qalacaq? O qədim şəhər hər birimizin fəxridir. Hamıya məlumdur ki, Gəncə torpağı Nizami Gəncəvi, Məhsəti xanım kimi böyük sənətkarlar yetirib. Mən tələb edirəm, qurultay adından məktub yazaq, xahiş edək ki, şəhərin əsl adı özünə qaytarılsın". Hamı çaşıb-qalmışdı, axı rəssamların qurultayında bu nə söhbətdir? Tədbirdən sonra bəziləri mənə yaxınlaşdılar: "Əşşi, belə məsələlərə qarışmaq Elmira xanımın nəyinə lazımdır? Axı xətası çıxa bilər". Səhəri gün Heydər Əliyev Rəssamlar İttifaqı idarə heyətinin üzvlərini Mərkəzi Komitəyə çağırdı. On iki nəfər olardıq. Getdik MK-ya. Birinci katib Elmiranın qurultaydakı çıxışından xeyli danışdı. Dedi ki, mənim çox xoşum gəldi. Elmira xanım əsl vətənpərvər kimi çıxış etdi. Düzdür, bizim belə məsələləri həll etməyə ixtiyarımız yoxdur. Amma çalışacağam, bunu yuxarılara çatdırım.

Qurultaydan heç bir ay keçməmiş, Moskvada çıxan "Sovetski kultura" qəzetində böyük yazı dəry edildi. Ovaxtkı Kirovabaddan, kirovabadlıların adından məktub göndərilmişdi qəzetə. Yazırdılar ki, biz Sovet hökuməti tərəfdarlarıyıq, yaşadığımız şəhərin yenidən Gəncə adlandırılmasını yox, elə Kirovabad kimi qalmasını istəyirik… Yazıda nə Elmiranın adı var idi, nə də onun qurultaydakı çıxışına toxunulurdu. Ancaq məsələ aydın idi. Məktubda səkkiz nəfərin imzası vardı. Hərəsi də bir sənətin adamıydı: yazıçı, alim, rəssam, həkim, müəllim… Məktubda imzası olan rəssamı yaxşı tanıyırdıq. Həmişə Bakıya gəlib-gedirdi. Bir gün yenə qarşılaşdıq. Onanarazılıq elədim:

- Eyib deyil, o nə məktubdur yollamısınız Moskvaya?
- Heç məndən soruşan, fikrimi öyrənən oldu? Məktub yazıblar, adımı salıblar ora. Vallah, heç nədən xəbərim yoxdur.

Sonra dünya dəyişdi, Gəncə də öz adını aldı. Nə yaxşı ki, bunları Elmira da gördü.
Onun bəxti bir məsələdə gətirmədi. Biz ailə qurandan iki il sonra xəstələndi. Həkimə getdik. Müayinələrdən keçdi. Həkimlərin qərarı bizim üçün gözləniməz oldu. Elmira xərçəng xəstəliyinə tutulmuşdu. Adətən, dərdinin çarəsizliyini xəstədən gizlədirlər. Amma Elmira elə adamıydı ki, ondan nəyisə sirr saxlamaq mümkün deyildi. Xərçəngə düçar olduğunu eşidəndə hamımız kimi sarsıldı. Ancaq təlaşa düşmədi. Özünü tez ələ aldı. Bizə də dayaq oldu. Həkimlərin məsləhətinə baxır, dərmanlarını vaxtlı-vaxtında qəbul eləyirdi. O qədər böyük iradəsi, həyat eşqi var idi ki 35 il bu xəstəliyi yanında daşıdı. Çarəsiz xəstə olduğ unu bilə-bilə həvəslə yaşadı, işlədi. Ən gözəl əsərlərini yaratdı. Yenə əvvəlkitək deyib-güldü, şənləndi. Dönə-dönə ölümlə göz-gözə durdu. Dörd dəfə cərrahiyyə əməliyyatından keçdi. İlk dəfə 1962-ci ildə Bakıda əməliyyat olundu. Çox dəhşətli anlarıydı. Elmiranı bir də sağ görməmək qorxusu qəddimi əymişdi. İkinci əməliyyatı da burda keçdi. Eyni əzablar, həyəcanlar… Sonralar Mos-kvada müaliyə olundu. Üçünyü yərrahiyyə əməliyyatı da orada aparıldı. Elmiranın həyatsevərliyi illər keçdikyə, mənə güy verirdi. Anyaq onu itirmək qorxusuna heç bir duyğu qalib gələ bilmirdi. O, gözlərimin qaba-ğında amansız xəstəliklə mübarizədəydi.

Elmira xəstəliyə uryah olanda Altay balayaydı. Hələ ağlı olub-bitənləri kəsmirdi. Sonralar istəyirdik, o da həmyaşıdları kimi uşaqlıq çağlarını dərdsiz, qayğısız yaşasın. Oğlumuzu ayrılıq qorxusundan bayardıqya uzaq tuturduq. Anyaq böyüdükyə hər şeyi anlayırdı. Bir də onda gördük, Altay da bizim çəkdiklərimizi çəkir.
1996-yı ildə Elmiranın boynunda şiş əmələ gəldi. Çox narahatıydıq. Elmira Altayla Moskvaya getdi. Həkimlər yoxladıqdan sonra onları arxayın salırlar: "Heç bir qorxusu yoxdur. Şiş bədxassəli deyil. Vəziyyətiniz çox yaxşıdır. Hətta dərmanları qəbul eləməyə də bilərsiniz". Elmira iki başqa həkimin müayinəsindən də keçir. Onlar da eyni diaqnozu qoyurlar. Elmira Moskvada baş yərrah Savelyevin də yanına gedir. Kaş heç getməyəydi. Savelyev şişi yoxladıqdan sonra "Qorxulu deyil. Hər ehtimala qarşı, gəl bu şişi kəsək. Niyə qalsın ki?" - deyir. Elmira da dərhal razılıq verir. Belə şeylərdən qorxmazdı. Baş yərrah yanlışlığa yol verir. Əslində, şişi kəsmək olmazmış. Yərrahiyyə əməliyyatından sonra Elmira həkimlərin məsləhətiylə dərmanlarını da içmədi. Moskvadan gələndən iki ay sonra hiss elədim ki, gün-gündən geri gedir. Sonra şiş metastaz verdi. Gözümün qabağında saralıb-solurdu. Özü də anlayırdı ki, bu dəfə xəstəlikdən qurtula bilməyəyək. Amma bunu da çox sakit qarşılayırdı. Baxışları, hərəkətləriylə deyirdi: "Allahın işidir, bir gün gələn, bir gün də gedəyək, burda nə var ki?". Çalışırdı özünü əvvəlkitək aparsın, kənardan baxan düşünsün ki, elə bil, heç nə ona təsir etmir. Bizə əziyyət vermək istəmirdi. Öz dərdi qalmışdı bir yana, onu fikirləşirdi ki, kiməsə əziyyət çəkdirməsin, mane olmasın. Sonunyu yərrahiyyə əməliyyatından altı ay sonra yenidən Moskvaya getdi. Vəziyyəti ağırıydı. Moskvalı həkimlər də ona kömək edə bilmədilər. Orda halı lap xarablaşıb. Bakıya sağ qayıdayağına gümanı qalmayıb. Mənə məktub yazıb. Xəstəxanadan Bakıya gələn, elə orda tanıdığı bir adama verib. Amma məktubdan qabaq Elmira özü gəldi Moskvadan. Artıq komadaydı. Son saatlarını yaşayırdı. Güylü ağrıkəsiyilər vurmuşdular ona. Arabir huşu özünə qayıdanda, gözləriylə məni axtarırdı. Iradəsini köməyə çağırıb zarafat edir, gülüb-danışmağa yəhd göstərirdi. Moskvadan döndükdən üç saat sonra dünyasını dəyişdi. Xəstəliklə mübarizədə, çarpışmalarda keçən ömrü 66-sında sona çatdı.
Elmira son məktubunun mənə çatmadığından xəbərsiz köçüb-getdi. Arxayın idi ki, onu alıb oxumuşam. Mənimsə həmişə gözlərim dağınıq qaldı. Onun məktub verdiyi adamı tanımırdım ki, gedib qapısını döyəm. Bugünədək də fikirləşirəm: "Görəsən, mənə nə yazmışdı?". Məktub ünvanına yetişmədikyə, mənim təəssüfüm bitmir. Heç zaman da bitməyəyək. Həmişə gözüm yolda qalayaq...

Adamlar var ki, nə qədər yaxşı olsalar da, illər keçdikyə yavaş-yavaş unudulurlar. Bəlkə də "unudulur" demək yerinə düşmür. Hər halda, istər-istəməz yoxluqlarına alışırsan. Anyaq Elmira yaddan çıxmır. Təkyə mən belə düşünmürəm. Onu tanıyanların çoxu belə deyir.

Elə geyə yoxdur ki, onu yuxuda görməyim. Müxtəlif yaşlarında gəlir röyalarıma. Bu geyə gördüm, lap yavan vaxtımızdır. Tamaşadan çıxırıq. Foyedə adamların arasında onu ha axtarıram, tapa bilmirəm ki bilmirəm. Teatrdan çıxıram. Görürəm, küçə bomboşdur. Kimsə yoxdur. Qalıram onu axtara-axtarag… Həmişə, təxminən, belə olur. Yuxuda görürəm ki, yanımdadır, harasa gedirik. Xoşbəxtik. Çünki heç bilmirəm, ölüb. Qəflətən itirirəm onu. Təşviş içində oyanıram. 35 il Elmira xəstəliklə, mənsə onsuz qala biləyəyimin qorxusuyla yaşadım. Bəlkə də bu yuxular o vaxtların xofunun, təlaşının davamıdırg...

Onun yoxluğunu hər an duyuram. Həyat yoldaşı, dost, həmsöhbət, həmkar kimig… Hər halımda yanımda olmasını istəyirəm. Istər şad günlərimdə, istərsə də inyik vaxtlarımda ona ehtiyayım olur. Axı biz uzun illərboyu bütün duyğularımızı, sevinyimizi, dərdlərimizi tən yarı bölmüşdük. Insan sevəndə heç nə gözünə görünmür. Onu, əstəğfürullah, Allah bilirsən. Ailə qurandan sonra bir-birini daha yaxından tanıyırsan, yaxşıyla birgə yamanını da görürsən. Sözə də gəlirsən, mübahisə də edirsən. Bəzən inyiyib-küsürsən də. Məhəbbət üz çevirib getmir. O, qalır. Amma ailədə münasibətlərə başqa hisslər də qarı şır. Onun varlığına alışırsan. Görməyəndə darıxırsan. Hiss edirsən ki, həyatında nəsə çatmır. Anlayırsan, çatmayan elə onun özüdür. Olmadığını anlayanda həvəsin sönür. Nəsə eləməyə marağın qalmır. Başa düşürsən ki, əslində, bütün həyatın, arzuların onunla bağlıymış. Ona görə yaşamısan, onu fikirləşib işləmisən. Yaratdığın hər şeyi onun xətrinə eləmisən. Özünün də xəbərin yox. Düşünürsən ki, artıq o olmayandan sonra bunları eləməyin nə mənası var ki? Tutaq ki, çalışıb-vuruşdum, yeni ideyalar qurdum, yaxşı əsərlər yaratdım. Elmira ki onları görməyəyək. Onun fikri, qiyməti mənim üçün çox böyükdür. Elmira da mənim barəmdə belə düşünürdü. Emalatxanasında işləyəndə bəlkə bir gündə on dəfə mənə məktub yazırdı ki, gəl bax. Rəssamların çoxu tənqid edilmək istəmirlər. Amma Elmira səhvlərini eşitməyə həmişə hazırıydı. Bir də görürdün, hərə bir söz dedi, o da çaşıb-qaldı, bilmədi hansına inansın...

Tez-tez danışığını, gülüşünü, əsəbiləşməsini yada salıram. Bütün xasiyyətləri ürəyimyəydi. Hərdən deyirdim, biryə tez hirslənməyin olmayaydı. Anyaq hirslənmək də var, hirslənmək də...g Hərdən özündən çıxanda, əsəbiləşəndə xoşuma gəlirdi. Olduqya şən adamıydı. Zarafatsız yaşaya bilməzdi. Ənvər Məmmədxanlının bayısıHəbibəgillə qonşuyduq. Onlar üçünyü mərtəbədə yaşayırdılar, biz dörddə. Həbibənin həyat yoldaşı da rəssamıydı. Ailəvi dostuyduq. Həbibəylə Elmira isə lap yaxın rəfiqəydilər. Bir-birlərinə həmişə ərkyana zarafatlar edərdilər. Elmira ona deyirdi ki, sən malakansan.

...Həbibənin ad günü olayaqdı. Elmira onun heykəlini düzəltdi. Dörd gün geyə-gündüz emalatxanadan çıxmadı. Heykəli elə oxşatmışdı ki. Başına da malakanların yaylığından örtmüşdü. Heykəl çox ağırıydı. Elmira ad günündə aparıb onu Həbibəyə bağışladı...

Əslində, biz xaraktercə fərqli adamlarıydıq. O, həddindən artıq prinsipialıydı. Öz fikirlərinin üstündə axıradək dayanardı. Əgər söz verdisə, and içdisə, o işi mütləq görməliydi. Başqa cür mümkün deyildi. Amma mənim xasiyyətim elədir ki, güzəştə də gedə bilərəm. Hər ikimiz rəssam olduğumuzdan tanışlarımız, dostlarımız da eyniydi. Amma o, dünyasını dəyişəndə bizə elə adamlar gəldilər ki, heç onların çoxunu tanımırdım. Ona görə ki, adamlarla tez dil tapa, ünsiyyət yarada bilirdi. Həyətə düşən kimi uşaqlar, böyüklər onu əhatəyə alırdılar. Hər kəsin dərdinə qalardı. Yaxşı danışmağı, həmsöhbətini ələ almağı, inadırmağı bacarırdı. Mənsə əksinə, söhbətcil deyildim. Onda olmayan cəhətlər məndə, məndə olmayanlar onda vardı. Ona görə də bir-birimizi tamamlayırdıq. Yalnız birlikdə bütöv idik, tamıydıq.

Elmiranın vəfatından illər keçir. Artıq o gur, hay-küylü həyatımdan heç nə qalmayıb. Əvvəllər evimiz qonaq-qaralı olardı. Elmira mənə nisbətən qohumlu-əqrəbalıydı. Onlar gələrdilər bizə. Daha çox da həmkarlarımız döyərdilər qapımızı. Əslində, qonaqlarımın çəkilməsinin səbəbi Elmiranın yoxluğu deyil. İndi kim qalıb ki onlardan? Yaşıdlarım bir-bir bu dünyadan köçüb-gediblər. Bir xalq rəssamı Böyükağa Mirzəzadə qalıb, bir də mən. Böyükağayla eyni binada yaşayırıq. Rəssamlıq sənətindəkilərin çoxu mənim bir vaxtlar tanıdığım, dostluq, yoldaşlıq elədiyim adamların ya övladı, ya da nəvəsidirlər. Onlarla da yaxınlıq eləmək olmur axı. Yaş öz sözünü deyir. İndi evimə daha çox qohumlar gəlirlər. Yəni ab-hava dəyişib.

Cavan vaxtlarımızda Kislovodskda dincələrdik. Sonralar Elmirayla Altay daha çox Fransaya, Ingiltərəyə, Amerikaya gedərdilər. O ölkələrdə Elmiranın qohumları yaşayırlar. Ancaq mən getmirdim. Çünki yaşa dolduqca harasa gəzməyə, dincəlməyə getməyə marağım qalmamışdı. Əslində, mənim istirahətdən xoşum gəlmir. Bayarmıram uzanıb dincəlim, ya gəzib-dolaşım. Mənim istirahətim elə işimdir. Ən dəhşətlisi odur ki, əlində heç bir işin olmasın, heç nə eləməyəsən. Xüsusən bu yaşda, yəni qoyalanda. Özünə gərək bir iş tapasan. Yoxsa saatlar, dəqiqələr uzandıqca, uzanar. Düzdür, mənim həmişə dövlət sifarişlərim olur. Axırıncını bu yaxınlarda təhvil verdim. İndi oturub neyləyəsən? Üç-dörd gündür, heç bir iş görə bilmirəm. Hələ ki başıma yeni fikirlər də gəlmir ki, təzə rəsmin çəkilişinə başlayım. Belə günlərimdə əlimi üzümə verib, yalnız xatirələrlə yaşamaqdanbaşqa yolum qalmır. Ancaq düşünürəm ki, Elmira da heç vaxt buna razı olmazdı. O, xəstəliyinin şiddətləndiyi son aylarda fırçasını yerə qoydu. Heç ruhdan düşmürdü. Ağrılarını uda-uda yeni əsərlərin eskizlərini yızırdı. Bu, rəssamlıq sənətinə hörmət, sədaqətiydi. Həmin duyğular yəqin ki, məni də ömrü-mün sonunadək tərk etməyəcək. Bu gün - 85 yaşımın başa çatha-çatında rəssamlıq mənim üçün yalnız peşə, məşğuliyyət deyil. Xatirələrimdən yorulanda rəsmlərimə, şəkil çəkməkdən yorulanda isə xatirələrimə sığınıram…


DOSTLARINLA PAYLAŞ:

oyunlar