Ölkədə Uşaq Kino Evi yaradılacaq
19 Avqust 2009 Çərşənbə 10:35
Müasir avadanlıq ölkəmizə gətirildikdən sonra balacalar üçün kinofilmlər nümayiş etdiriləcək

 

Azərbaycan Dövlət Film Fondu tərəfindən kiçik yaşlı tamaşaçılar üçün Uşaq Kino Evi yaradılacaq. Nəzərdə tutulmuş plana əsasən müasir avadanlıq ölkəmizə gətirildikdən sonra balacalar üçün kinofilmlər nümayiş etdiriləcək.

Fondun direktoru Cəmil Quliyev bildirib ki, ümumiyyətlə ötən ilin sonlarında Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 20-dən çox Azərbaycan cizgi filmi Rusiya Dövlət Film Fondunda bərpa olunub və ölkənin cizgi filmləri toplusu halında uşaqların ixtiyarına verilib. /"AzərTAc"/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar