O olmasın, bu olsun Tehranda göstərilib
24 Yanvar 2010 Bazar 14:45
O olmasın, bu olsun Tehranda göstərilib. Azərbaycanın İrandakı səfirliyinin kollektivi tamaşaçılar arasında olub.
Dahi Azərbaycan bəstəkar Üzeyir Hacıbəyovun dünyanın möhtəşəm teatr və kino salonlarını dolaşa-dolaşa özünə misilsiz şöhrət qazanmış "O olmasın, bu olsun" komediyası Tehran tamaşaçıları ilə görüşə gedib.

Tamaşa iki gün ərzində İranda keçirilən 27-ci Beynəlxalq Fəcr Festivalında göstərilib. Xalq artisti Cənnət Səlimovanın rejissorluğu ilə səhnəyə çıxarılan komediya Dövlət Musiqili Komediya Teatrının aktyorları tərəfindən oynanılıb.

Xalq artisti Afaq Bəşirqızı Sənəm, əməkdar artist Ramiz Məmmədov Məşədi İbad, xalq artisti Arif Quliyev isə Hanbal rollarını ifa ediblər.

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinin kollektivi də tamaşaçılar arasında olub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar