Nyu-Yorkda Azərbaycan teatrı yaradılacaq
19 Sentyabr 2011 Bazar Ertəsi 11:21
Bu barədə Sumqayıt Dövlət Musiqili Dram Teatrının direktoru Mehman Şükürov məlumat verib
Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının baş rejissoru, respublikanın Əməkdar Artisti Firuddun Məhərrəmov oktyabrın ortalarında Nyu-Yorka yola düşəcək. Bu barədə teatrın direktoru Mehman Şükürov məlumat verib.

Bir ay davam edəcək yaradıcılıq ezamiyyəti zamanı F.Məhərrəmov Azərbaycanın müstəqilliyinin 20 illiyinə həsr olunmuş bayram tədbirinin təşkilində, habelə Nyu-Yorkda Azərbaycan teatrının yaradılmasında iştirak edəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar