Dahi Azərbaycan şairi Nizami Gəncəvinin Gəncənin mərkəzində yerləşən abidəsinin bərpası, ətrafında aparılan abadlıq işləri başa çatmaq üzrədir. Artıq Heykəlin postamentinin üzlüyü naxışlı qranit lövhələrlə, eləcə də mərmər hissələrlə əvəz edilib. Abidənin ətrafında isə 600 kvadratmetr ərazi abadlaşdırılmış, yeni işıq sistemi quraşdırılıb.
Abidə yaxın günlərdə yeni görkəmdə şəhər ictimaiyyətinə təqdim olunacaq.
Qüyd edək ki, Nizami Gəncəvinin abidəsi 1946-cı ildə heykəltəraş Fuad Əbdürrəhmanov tərəfindən hazırlanıb. Prezident İlham Əliyevin Gəncəyə səfəri zamanı abidənin təmiri ilə bağlı göstəriş verib. /AzərTAc/