Niyazinin 100 illik yubileyi keçiriləcək
20 May 2010 Cümə Axşamı 22:30
Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.
Ölkəmizdə musiqi mədəniyyətinin inkişafı və milli musiqinin təbliği sahəsində mühüm xidmətlər göstərən qüdrətli sənətkar Niyazinin 100 illik yubileyi keçiriləcək. Bununla bağlı dövlət başçısı İlham Əliyev müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən, Mədəniyyət və Turizm Nazirliyi Xarici İşlər Nazirliyi ilə birlikdə, Azərbaycan Bəstəkarlar İttifaqının təklifləri nəzərə alınmaqla, Niyazinin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirəcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: