Niderland “Eurovision-2011” mahnı müsabiqəsindəki təmsilçisini indidən müəyyənləşdirib - FOTO
16 İyul 2010 Cümə 13:10
Gələn ilin mayında Almaniyada keçiriləcək “Eurovision-2011” mahnı müsabiqəsinin ilk təmsilçi açıqlanıb.
APA-nın müsabiqənin rəsmi saytına istinadən yaydığı məlumata görə, təmsilçisini seçən ilk ölkə Niderlanddır. Bu ölkəni “Eurovision-2011” müsabiqəsində “3Js” qrupu təmsil edəcək. Qrup üçün ilin sonunadək beş mahnı yazılacaq. İlin sonunda həmin mahnılar arasından birinin seçilməsi üçün milli festivalın keçirilməsi nəzərdə tutulur. Osloda keçirilən 55-ci “Eurovision” müsabiqəsində Niderlandı təmsil edən ifaçının zəif çıxışı və finala çıxa bilməməsi səbəbindən bu il ölkə daha güclü təmsilçi seçmək qərarına gəlib.
Qeyd edək ki, “3 Js” qrupu 2002-ci ildən fəaliyyət göstərir, peşəkar səhnəyə isə 2007-ci ildə “Watermensen” albomu ilə çıxıb. Qrup üç üzvdən - Yan Dulles, Yaap Kvakman və Yaap de Vayttdan ibarətdir. APA
DOSTLARINLA PAYLAŞ: