Nergiz Kerimova beynelxalq festifalda iştirak edecek
27 Oktyabr 2013 Bazar 00:56
Azerbaycan Dövlet Musiqili Teatrının solisti Nergiz Kerimova Qazaxıstana gedecek.
Qazaxıstanın Qaraqanda şəhərində noyabrın 1-dən 4-dək “Operetta və müzikl ulduzları” üçüncü Beynəlxalq festivalı keçiriləcək.

Teatrın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, festivalda ölkəmizi Azərbaycan Dövlət Musiqili Teatrının aparıcı səhnə ustası, əməkdar artist Nərgiz Kərimova təmsil edəcək.

Müxtəlif beynəlxalq tədbirlərdə Azərbaycanı layiqincə təmsil edən solist-vokalçımız bu dəfə də festivalın aparıcı simalarından birinə çevriləcək.

Qeyd edək ki, Nərgiz Kərimova 1989-cu ildə Bakıda keçirilən “Qızıl payız-89” respublika müsabiqəsinin, 1990-cı ildə isə Moskva şəhərində reallaşmış “Yeni adlar” üçüncü Ümumittifaq müsabiqəsinin laureatı olub. O, həmçinin 1991-ci ildə Almatı şəhərində keçirilən M.Qlinka adına XIV Beynəlxalq vokalçılar müsabiqəsində uğurlu çıxışına görə diplomla təltif olunub, 2012-ci ildə Qarakandada təşkil edilmiş I Beynəlxalq “DOCSTAR” açıq müsabiqəsində birinci yeri tutub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar