Müasir İncəsənət Mərkəzində mayın axırlarında tanınmış rəssam Nazim Şahın fərdi sərgisi açılacaq. Sərgidə rəssamın qrafika janrında çəkdiyi rəsmlər nümayiş etdiriləcək. Uzun müddət Türkiyədə yaşayan və sufizm ənənələrini inkişaf etdirən Nazim Şahın əsərləri Azərbaycanla yanaşı, ABŞ, Almaniya, Rusiya, Türkiyə, Fransa, Vyetnam və Hollandiyada nümayiş olunub. /AzərTAc/