Muzey istisnasız hər kəs üçün
29 May 2009 Cümə 15:40
“Muzey istisnasız hər kəs üçün” layihəsinin təqdimatı keçiriləcək. Tədbirdə daun sindromlu uşaqların əl işləri- incəsənətin müxtəlif növlərinə aid əsərlərin nümayişi və satış- sərgisi təşkil ediləcək

Dövlət İncəsənət Muzeyində 1 iyun- Uşaqların Beynəlxalq müdafiə günü ilə əlaqədar “Muzey istisnasız hər kəs üçün” layihəsinin təqdimatı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, tədbirdə daun sindromlu uşaqların əl işləri- incəsənətin müxtəlif növlərinə aid əsərlərin nümayişi və satış- sərgisi  təşkil ediləcək. Bu zaman həmin uşaqların iştirakı ilə konsertin keçirilməsi də nəzərdə tutulub. Mərasimdə ölkəmizdə fəaliyyət göstərən müxtəlif humanitar və ictimai təşkilatların, elm-mədəniyyət xadimlərinin, mətbuat işçilərinin iştirakı gözlənilir. Tədbir  iyun ayının 1-də saat 12.00-14.00-da keçiriləcək. /ANS PRESS/ 



DOSTLARINLA PAYLAŞ:

oyunlar