Muxtar Manıyevin 79 yaşı tamam olur
29 Mart 2014 Şənbə 17:59
Milli kinomuzu Muxtar Manıyevsiz təsəvvür etmək mümkün deyil.
Uşaqlıqda o, bizi bəlkə də çox rolları ilə qıcıqlandırırdı. Nəsimiyə aşiq olan bizim hər birimiz üçün Miranşahı sevməmək əslində təbii idi. Amma böyüdük və Muxtar Manıyev böyüklüyünü də gördük.

Onu Azərbaycan filmində epizodik rolun ustası sayırlar. Milli kinomuzu isə Muxtar Manıyevsiz təsəvvür etmək mümkün deyil. Təsəvvür edin, adam 157 filmdə rol alıb. Baş rolu sevdirməyə, baş rolla yadda qalmağa nə var ki? Əsas odur, sıradan bir rolu canlandırasan və bununla da kinonun canlı korifeyinə çevriləsən.

Həyatda da əslində o neft mühəndisi diplomu alıb. Bəlkə də neftin dalınca getsəydi, qazancı daha çox olardı. Amma o zaman o, tamaşaçı alqışını qazana bilməyəcəkdi axı.

Bəli, indi aktyor ömrünü başa yetirən yaşdadır. Muxtar Manıyevin bu gün 79 yaşı tamam olur. Bu gün ona ən lazım olanı, can sağlığı arzulayırıq. Və daha bir arzumuz da var. Bizi, onu sevənləri tərk etməyə tələsməsin. Onsuz da itirə-itirə gedirik.


DOSTLARINLA PAYLAŞ:

oyunlar