Müslüm Maqomayevin həyat yoldaşı qəzaya düşüb
22 Oktyabr 2010 Cümə 15:30
Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya amblator şəraitdə müalicə edilir.
SSRİ-nin xalq artisti, məşhur azərbaycanlı ifaçı Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya Moskvada yol qəzasına düşüb. Onun içərisində olduğu avtomobil başqa maşınla toqquşub.

"Mən görüşə tələsirdim. Amma görüş alınmadı. Mən sərnişin oturacağında əyləşmişdim. Ancaq zərbə elə güclü idi ki, hələ də sağ tərəfimdə ağrı hiss edirəm", deyə 67 yaşlı opera müğənnisi bildirib.

Qəzadan dərhal sonra sürücü xalq artistini xəstəxanaya çatdırıb. Hazırda evdə olan T. Sinyavskaya bir neçə gün ambulator şəraitdə müalicə olynacaq.

Qeyd edək ki, hazırda rusiyalı müğənni vokalçıların Müslüm Maqomayev adına Birinci Beynəlxalq Müsabiqəsinə hazırlıqla məşğuldur. Müsabiqə 23-24 oktyabr tarixində olacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar