"Müslüm getməyib..."
17 Avqust 2011 Çərşənbə 10:20
"O bizə qəşəng səsini, zahiri və daxili gözəlliyini, əbədi istisini qoyub"
Bu gün dahi azərbaycanlı ifaçı Müslüm Maqomayevin doğum günüdür. Görkəmli opera və estrada müğənnisi, bəstəkar, SSRİ Xalq artisti 1942-ci il avqustun 17-də Bakı şəhərində anadan olub. Doğum günü ərəfəsində müxbirimiz ifaçının həyat yoldaşı, opera müğənnisi, SSRİ- xalq artisti Tamara Sinyavskaya ilə söhbətləşin. ANS PRESS Tamara Sİnyavskaya ilə eksklüzv müsahibəni təqdim edir.

Müslümlə ilk görüşümüz Bakıda onun babasının adıni daşiyan filarmoniyada baş tutdu. Bu nağıl 3 oktyabr 1972 ci ildə başladı və... heç vaxt bitmədi.

-İlk görüşünüzü necə xatırlayırsınız?
-Müslümlə ilk görüşümüz Bakıda onun babasının adını daşıyan filarmoniyada baş tutdu. Bu nağıl 3 oktyabr 1972 ci ildə başladı və... heç vaxt bitmədi. Hər halda, mənə bu fikirlə yaşamaq daha asan gəlir. Biz ilk görüşdüyümüzdə mən ona dedim: “Bilirsiniz, biz çox bənzəyirik”. O isə cavab verdi: “Doğurdan? Mən oxşarlıq görmürəm”. Əslində biz çox bənzəyirik. Taleyimiz, peşəmiz, həyata baxışımız çox oxşardı. Baxmayaraq ki, o zamanlar hələ bir olan vətənin müxtəlif guşələrində yaşayıb tərbiyə almışdıq. Bəlkə ona görə bir yerdə yaşamaq bizə çox maraqlı idi. Hər zaman maraqlı idi. Ömür boyu.


-Müslüm Maqomayev arif insan olubmu?
-Bəli. Əlbəttə. Ətraf şirindil və yaltaq insanlarla dolu olsa da, o kimin kim olduğunu yaxşı başa düşürdü.

-Müslim Maqomayev şeir yazırdımı?
-Müslim şeir yazmayıb, lakin onun özünə məxsus bəzi əl-yazmaları vardı. Onlar əsasən zarafatyana və incə yumor hissi ilə qələmə alınıb.

-İstedadlı insan hər şeydə istedadlıdır. Müslüm Maqomayev çox gözəl rəssam olub. Onun əsərləri qalıbmı?
-Təbii. Evdə onu çoxlu əsərləri var. Bunlar əsasən dost və tanışların portretləridir. Ən birinci Heydər Əliyevin portreti olub, həmin portreti biz öz əlimizlə ona təqdim etmişdik. Müslümün bütün əsərlərində səmimiyyət var və onların arasında necə deyərlər “parad” əsərləri yoxdur. Bir çox portretlər var ki, onun sevdiyi bəstəkarlara həsr olunub: Verdi, Çaykovski, Motsart, Betxoven, Raxmaninov... Bunlar arasında bizim əziz pudelimiz Çarlikin də portreti var.

Müslüm dənizi dəlicəsinə sevirdi. Səhər tezdən Zuğulbadakı evimizin eyvanında oturaraq Günəşin çıxmasını və qürubu çəkirdi. Bütün bunlar incə rəglərlə təsvir edilirdi, ola bilsin Muslim nüansları hiss etmək bacarığına malik idi. Əlbəttə ki, o, peşəkar rəssam deyildi, o sadəcə hər sahədə istedadlı şəxsiyyət olub.

-Onun əsərlərinin sərgisini keçirmək haqqında düşünmürsünüzmü?
-Bü cür təkliflər biz Moskvada yaşadığımı zaman da olurdu, lakin o deyirdi: “mən rəssam deyiləm, sərgi üçün yox özüm üçün çəkirəm”. Ona görə, məncə o sizin təklifinizin tərəfdarı olmazdı.

-Muslim Maqomayev evdə necə insan olub?
-Mehriban, şən, qəmli və ... qeyri-adi. Hərtərəfli.

-Müslüm Maqomayev romantik insan olub?
-Romantik? Şübhəsiz. Məgər bu onun ifalarında hiss olunmurdu? Məgər öz qastrollarından çıxıb mənim “Çar gəlini” adlı tamaşamın ikinci fəslinə yetişmək, hələ üstəlik 153 qərənfil hədiyyə etmək sizcə romantika deylmi? O hər zaman ömrünün son gününə qədər, həm səhnədə, həm də həyatda romantik olub.

-Müslüm Maqomayev insanlarda hansı xüsusiyyətlərə qiymətləndirirdi?
-O, səmimi və sözü üzə deyən, hər sahədə istedadlı olan, vicdanlı və mehriban insanlara hörmət edirdi.

-Bir birinizin pərəstişkarlarına qarşı qısqanclıq hissi var idimi?
-Başa düşürsünüz, biz artıq yetkin şəxsiyyət olaraq görüşmüşdük və hər birimiz böyük səhnə həyatı yaşamış insanlar idik, buna görə də bizim evimizdə qısqanclıq hissi yaşamırdı. Pərəstişkarlar? Biz hər ikimiz sənət adamıyıq və pərəstişkarlarımız təbii ki, olmalıdır. Onun pərəstişkarları olduqca çox idi.

-Müslüm Maqomayevi opera ifaçısı kimi qəbul etmirdilər...
-Mən elə deməzdim. “Opera” adamları ona böyük əhəmiyyət verirdi, bir çox bariton səs tembrinə malik olan ifaçılar isə karyeralarının əvvəlində onun kimi oxumağa çalışırdı. Onlar bunu inkar etmirdilər və qürur hissi keçirirdilər. Müslümün opera karyerasına gəldikdə isə, ağlıma ilk olaraq böyük ifaçımız Qalina Pavlovna Vişnevskayanın sözləri gəlir: “Müslüm, mən çox təəssüf edirəm ki, siz operanı tərk etmisiniz. Siz möhtəşəm opera meğənnisi ola bilərdiniz və başgicəlləndirən karyera qura bilərdiniz. Lakin, siz estradanın da Kralına çevrilmisiniz, bu öz seçiminizdir”. Onu ancaq o insanlar qəbul etmirdi ki, Müsülümün populyarlığını qısqanırdı. Yeri gəlmişkən, bir vaxtlar mənə qarşı da o cür münasibət vardı. Bir “Yeni il şənliyi” zamanı mən çox gözəl mahnı ifa etdim və ...getdi. Bu onun nəyinə lazımdır, axı o opera müğənnisidir, bir az sonra bu xanım tamamilə estrada mahnıları ifa etməyə başlayacaq... Yəqin, onların yadından çıxıb ki, Böyük teatrda bütün reperturarları mən ifa edirəm və beynəlxalq opera yarışmalarında 3 qızıl qalibiyyətim var. Görünür ki, bu həmin qısqanclıq hissidir. Televiziya hər zaman televiziyadır. Onlarla mübahisə etmək istəmirdim, lakin bizim tanınmış ifaçımız, bir neçə nəsilin kumiri Serqey Yakovleviç Lemeşev mənə qəhmər dururdu. Bir dəfə Böyük teatırın yığıncağında o belə demişdi: “Əziz dostlar, elə ifaçılar var ki, həm opera, həm də estrada mahnıları oxuya bilir, elələri də var ki, heç birini ifa edə bilmir. Beləliklə, bu xanım hər ikisini bacarır və bununla fəxr etmək lazımdır!”
.
-İki parlaq ulduz üçün bir dam altında yaşamaq necə idi?
-Asan deyildi. Fərqli rejimlər, farqli həyat ritmi, fərqli orqanizmlər. Onun dözə bildiyi şeylərə, mən tab gətirə bilmirdim. Üstəlik kişi ilə qadın müxtəlif planetlərdir. Lakin mən ona heyran idim. Çünki sevirdim. Çünki hörmət bəsləyirdim. Bir dam altında isə...insanlar eyni sahədə yaşayırlarsa dar ola bilər, əgər onlar biri birini sevirsə - deyiləsi söz yoxdur...

-Niyə Müslüm Maqomayev müəllimliklə məşğul olmayıb?
-Bilirsinizmi, müəllimlik böyük səbr tələb edir, bu xüsusiyyət isə Müslümdə yox idi. O özü mənə etiraf edirdi: “Sən bunlara necə dözürsən?” Mən olsaydım, ikinci səhv notdan sonra “öldürərdim” (o gülərək deyirdi)”. Lakin, o qarşısına məqsəd qoyurdusa ki, mən bu insanı oxumağa öyrətməliyəm (əlbəttə istedad vardısa), o zaman onun səbri çatırdı. Müslüm məqsədinə tələsmədən və düşünərək addımlayırdı. Və ona möhtəşəm şəkildə nail olurdu!

-Müslüm Maqomayev gənc müğənniləri necə qiymətləndirirdi?
-Deyərdim ki, o olduqca nəzakətli insan idi. Və heç vaxt üzə deməzdi ki, “bu heç nəyə yaramır”. Əksinə elə sözlər tapırdı ki, həmin insanın ümidini kəsmirdi. Və yaxud ümumiyyətlə fikrini bildirmirdi, çünki hər kəs onun sözlərini özünə lazım olan şəkildə təqdim edə bilərdi. O çox müdrük şəxsiyyət olub, çox...

-Hal-hazırda yeni və möhtəşəm bir layihə “Müslüm Maqomayevin Mədəni-Musiqili İrsi Fondu” həyat keçirilir. Onun əsas məqsədlərindən biri Maqomayevin vokalistlərinin müsabiqəsini keçirtməkdir. Orada iştrak edən gənc vokalistləri necə qiymətləndirisiniz?
-Müslüm həm operada, həm müzikllarda, həm də estrada da parlayan ulduz idi. Bu hər kəsə nəsib olmur. Müsabiqə olduqca çətindir. Çox. Sözün açığı, mən orada iştrak etməzdim (gülür). Gəncləri orada iştrak etməyə nə vadar edir? Birincisi, bu çox maraqlı yarışmadır. İkincisi isə, bəlkə də elə birincisi, Müslemə qarşı hörmət və məhəbbət hissi. Və əlbəttə ki, bu cür çətin müsabiqədə öz bacarıqlarını yoxlamaq. Müsabiqəyə ilk qoşulanlara afərin demək istərdim! İndiki kimi yadımdadır, zal bu qədər gözəl səsə malik olan və hər janrda FONOQRAMSIZ ifa edən istedadlı gənclərin olmasından heyrətə gəlmişdir.

-Müsülm Maqomayevin internet saytını yaratmaq kimin ideyası olub?
-Əslində bu onun çox qabiliyytələrindən biridir. O, uşaqlıqdan texnikanı xoşlayıb və bütün texniki yeniliklər ən birinci bizim evdə olub. Moskvada ən yaxşı videoteklərdən biri məhz bizdə olub. Müslüm kompüteri tək başına və sürətlə öyrənmiş və dostlarının köməyi ilə bu saytı yaratmışdı. Yeri gəlmişkən onların çoxunun bu günə qədər həmin saytın fəaliyyət göstərməsində böyük rolu var. Müslüm mənə də kompüteri öyrətmək istəyirdi, təəssüf ki, texnika mənim ünsürüm deyil.

-Müslüm Maqomayev hansı filmlərə üstünlük verirdi?
-O, fantastikanı, tarixi filmləri və nağılları çox bəyənirdi...

-Yazıçılar və şairlər arasında o kimi seçirdi?
-Bizim evdə həmişə böyük kitabxana olub və bü günə qədər var. Ümumiyyətlə, biz mütaliyə ilə məşğul olan insanlarıq. Yazıçılara gəldikdə isə yenə də fantastika janrı, tarixi ədəbiyyat, romanlar və poeziyanı sevirdi. Puşkini çox sevirdi. Son vaxtlar o, Eseninə meyl salmışdı. Dünyasını dəyişməsinə təxminən yarım il qalmış o, Serqey Aleksandroviçin şeirinə musiqi yazmışdı. Onlar belə başlayır: “Əlvida, Bakı. Mən səni bir daha görməyəcəyəm”.

-Müslüm Maqomayevin kumiri kim olub?
-Onun kumirlərindən biri təbii ki, görkəmli Amerika ifaçısı Mariyo Lanza olub. Onun haqqında kitab yazmamışdan əvvəl Müslüm ciddi və diqqətlə hazırlaşmışdı. Müslüm öz hesabına, heç bir sponsoru olmadan Klivlend şəhərinə (ABŞ) yollanır və orada Lanzanın əsl pərəstişkarını Vinsent de Fini adlı şəxsi tapır. De Fininin evində Lanzanın əsl muzeyi yerləşir: kostyumlar, şlyapalar, əl ağacı, üzük və s. onunla bağlı əşyaları. Onlar dostlaşmışdılar və biz ailəcə ünsiyyət edirdik. Lanzanın uşaqları bizi hər il onun xatirəsinə həsr olunmuş bala dəvət etmişdilər. Material artıq hazır idi və Müslüm “Ulu Lanza” adlı kitab yazır.

-Deyirlər, zaman ən yaxşı dərmandır. O sizə kömək etdi?
(Bir müddət sükut). Mən onun yoxluğu ilə heç vaxt barışmayacağam. Zaman yaraları nisbətən yüngülləşdirir, amma sağaltmır. 2 il 9 ay mən bu barədə danışa bilmirdim. İndi danışıram, çünki vaxt keçir, çünki önəmli hadisələr baş verir: Fəxri xiyabanda onun heykəli ucaldılıb (buna görə Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevə və yoldaşı, mənim sevimlim Mehriban xanıma təşəkkürümü bildirirəm), bizim Bakıda yaşadığımız evin üzərində barelyef və musiqi məktəbi açılıb. Moskvada isə Müsülm Maqomayev adına möhtəşəm konsert zalı yaradılıb (buna görə də yaxın dostumuz Araz Ağalarova təşəkkür edirəm). Müslüm heç yana getməyib, o bizə qəşəng səsini, zahiri və daxili gözəlliyini, əbədi istisini qoyub... Və bu mənim yaşamağım üçün bir növ stimuldur.



DOSTLARINLA PAYLAŞ:

oyunlar