Musiqili Komediya Teatrında Talelər qovuşanda tamaşası nümayiş etdirilib
18 Oktyabr 2011 Çərşənbə Axşamı 18:46
Musiqili Komediya Teatrında Elxan Ocaqov, Faiq Zöhrabov və Rauf Hacıyevin eyniadlı əsəri əsasında Talelər qovuşanda tamaşası səhnəyə qoyulub.
Bu tamaşada ilk dəfə olaraq vokalçı Ramil Qasımov çıxış edib. Bu barədə APA-ya məlumat verən R. Qasımov tamaşanın nümayişinin çox uğurla baş tutduğunu bildirib: “Mən ilk dəfə idi ki, bu tamaşada oynayırdım. Görkəmli bəstəkar Rauf Hacıyevin gözəl musiqisi, tamaşaçıların dilində daim ifa olunan “Sevgilim”, “Bakı” haqında mahnı məhz bu tamaşadandır. Tamaşada mən Əli obrazında çıxış etdim”.
Vokalçı bildirib ki, tamaşada onunla Nərgiz Kərimov, əməkdar artist Xanım Qafarova, Nahidə Orucova, Ziyadxan Cabrayılov, Güldanə Əzimova, Ülviyyə Əliyeva, Emin Heydərov, Hüseyn Əlili, Novruz Qartal tərəf müqabili olublar. Ramil Qasımovla yanaşı, tamaşada Elçin İmanov, Məhərrəm Qurbanov ilk dəfə çıxış ediblər. Tamaşanın rejissoru mərhum Faiq Zöhrabov, dirijoru Fəxrəddin Atayevdir.
“Talelər qovuşanda”nın nümayişi Dənizçilər Evində baş tutub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: