Müğənnilərimiz Norveçə səfər edəcək
10 İyun 2009 Çərşənbə 17:10
Səfərin məqsədi Azərbaycan incəsənətini dünyada tanıtmaqdır

 

Bir qrup incəsənət ustası 15 iyun – Milli Qurtuluş günü münasibətilə Norveçə səfər edəcək. Səfər üç gün davam edəcək. Səfərin məqsədi Azərbaycan musiqisini, incəsənətini dünyada tanıtmaq, Azərbaycan həqiqətləri barədə məlumat yaymaqdır.

Səfər Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə baş tutacaq.

Gənc müğənnilər - Lalə Məmmədova, Rəşad İlyasov və respublika muğam müsabiqəsinin qalibi Elməddin İbrahimov norveçlilər qarşısında çıxış edəcək./ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar