"Muğam müsabiqəsi-2011"in qailbləri məlum oldu
11 İyun 2011 Şənbə 00:04
Dörd ay davam edən "Muğam müsabiqəsi-2011"in final mərhələsi başa çatıb
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Mədəniyyəti Fondunun layihəsi və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə 4 ay davam edən “Muğam müsabiqəsi-2011”in final mərhələsi başa çatıb. AzərTAc xəbər verir ki, gecədə bu möhtəşəm musiqi bayramında Azərbaycan muğam sənətinin qorunub saxlanılmasında, təbliğində və inkişaf etdirilməsində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın əvəzsiz xidmətləri xüsusi vurğulanıb.

Müsabiqənin münsiflər heyətinin yekdil qərarı ilə Mirələm Mirələmov və Səbinə Ərəbli birinci, Məmməd Nəcəfov, Kamilə Nəbiyeva ikinci, Ariz Hüseynov və Nigar Şabanova üçüncü tutublar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar