Moskvada Müslüm Maqomayev abidəsi açıqlacaq
10 Sentyabr 2011 Şənbə 12:25
Moskvada Müslüm Maqomayev abidəsi açıqlacaq. Abidənin açılışı sentyabrın 15-də baş tutacaq.
Sentyabrın 15–də Moskvanın mərkəzində Azərbaycanın və SSRİ-nin Xalq Artisti Müslüm Maqomayevin abidəsi açılacaq.
Bu barədə məlumat AzərTAc-a Rusiya paytaxtı meriyasının mədəniyyət departamentinin mətbuat xidmətindən verilib.
Məlumatda bildirilir ki, abidə bu il fevralın 3-də paytaxtın Yeliseyevsk və Voznesens küçələrinin kəsişdiyi yerdə qoyulmuş bünövrə daşının üzərində ucaldılıb. Abidənin müəllifləri heykəltəraş, Rusiyanın Xalq Rəssamı Aleksandr Rukavişnikov və Rusiyanın Əməkdar Memarı İqor Voskresenskidir.
Departamentin mətbuat xidmətinin məlumatına görə, abidənin təntənəli açılış mərasimində paytaxtın hakimiyyət orqanlarının, Moskva Dövlət Dumasının, yaradıcı ziyalıların, Azərbaycan diasporunun nümayəndələri iştirak edəcəklər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar