Moda mərkəzinin 1-ci xanımı dünyanın ən şıq qadını seçildi
06 Avqust 2011 Şənbə 03:48
Ən şıq kişilər siyahısında ilk 3 yer iqtisadçılara aiddir.
Dünyanın ən şıq geyinən 5 qadını və 5 kişisi müəyyənləşib. “Vanity Fair” (Moda dünyası) jurnalının araşdırmalarına görə, bu siyahının ilk pilləsində Fransanın birinci xanımı Karla Bruni Sarkozi qərarlaşıb. İkinci yeri isə Yaxın Şərqdən bir nəfər, Qətər əmirinin həyat yoldaşı Şeyxa Muza binti Nasir tutur. Şıqlar siyahısının üçüncü pilləsini isə Kembriç hersoqu Uilyamla ailə həyatı quran hersoqinya Katerina tutur. Növbəti yeri Model Andrea Dellal, beşinci yeri isə ingilis aktrisa Keri Malliqan tutur.
Ən şıq kişilər siyahısı isə belə sıralanıb:
1. “Mittel Capital”ın sədri Mario d`Urso
2. İqtisadçı Arpad Busson
3. İqtisadçı Aleksandro Santo-Dominqo
4. Aktyor Kolin Fert
5. Gəmiçi Stavro Niarços anspress
DOSTLARINLA PAYLAŞ: