Mixail Qusman 60 yaşını doğma şəhərində qeyd edir
22 Yanvar 2010 Cümə 12:35
Həmyerlimiz Mixail Qusman Bakıya gəlib.
Məşhur həmyerlimiz İTAR-TASS Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanın 60 yaşı tamam olur. Mixail Qusman yubileyini doğma Bakı şəhərində qeyd edir. Belə ki, M.Qusman Humanitar Əməkdaşlıq üzrə I Azərbaycan-Rusiya Forumunda iştirak etmək üçün Azərbaycana gəlib.

M. Qusman Bakıda Xəzər hərbi donanmasının polkovnik-leytenantının, müharibə zamanı donanmanın baş terapevti Solomon Qusmanın ailəsində anadan olub. Onun anası Lola Barsuk əvvəllər aktrisa kimi fəaliyyət göstərsə də, sonradan tərcüməçi işləyib. Azərbaycan Xarici Dillər İnstitutunun professoru olub.

M.Qusman 1970-ci ildə Azərbaycan Xarici Dillər İnstitutunu, 1973-cü ildə isə Bakı Ali Partiya Məktəbini bitirib. 1973-cü ildən 1986-cı ilə qədər Bakıda Azərbaycan Gənclər Təşkilatı Komitəsinin sədrinin müavini işləyib. 1986-cı ildən 1991-ci ilə qədər SSRİ Gənclər Təşkilatı Komitəsinin mətuat mərkəzinin rəhbəri vəzifəsində çalışıb.

1991-ci ildən 1995-ci ilə qədər "İnfomol"un informasiya əməkdaşlıq direksiyasının direktoru, 1995-ci ildən 1998-ci ilə qədər isə "ANKOM-TASS" beynəlxalq analitik agentliyin vitse-prezidenti, 1998-ci ildən 1999-cu ilə qədər İTAR-TASS-ın beynəlxalq əməkdaşlıq, ictimaiyyətlə əlaqələr və xüsusi layihələr idarəsinin rəisi, 1999-cu ilin yanvar ayından noyabr ayına qədər isə İTAR-TASS-ın baş direktorunun müavini, 1999-cu ilin noyabr ayından isə İTAR-TASS informasiya agentliyinin baş drektorunun birinci müavinidir.

M. Qusman 2001-ci ildən Rusiyanın əməkdar mədəniyyət xadimidir. 2002-ci ildə "Formula vlasti" televiziya proqramına görə Rusiya Federasiyasının ədəbiyyət və incəsənət sahəsində dövlət mükafatına layiq görülüb. 2005-ci ildə "Dostluq ordeni" ilə mükafatlandırılıb. Elə həmin ilə Azərbaycan Prezidentinin sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilib. 2009-cu ildə isə kütləvi informaisya vasitələrinin inkişafına verdiyi töhfəyə görə Rusiya prezidentinin fəxri fərmanı ilə təltif olunub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar