Milli Dram Teatrının kollektivi qastrollara hazırlaşır
16 Yanvar 2011 Bazar 09:50
Azərbaycanın teatr tarixində ilk dəfə olaraq Akademik Milli Dram Teatrının kollektivi bu il Moskva Bədaye Teatrının səhnəsində çıxış edəcək.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yaradıcı kollektivi qastrola hazırlaşır. Kollektiv bu il yeni tamaşalarla İsveç, Kanada, Özbəkistan və Ukraynaya səfər edəcək.
Teatrdan verilən məlumata görə, bundan əlavə, Azərbaycanın teatr tarixində ilk dəfə olaraq məhz Akademik Milli Dram Teatrının kollektivi iki tamaşa ilə Moskva Bədaye Teatrının səhnəsində çıxış edəcək. Bu il, həmçinin mədəniyyət ocağı Afina teatrı ilə birgə layihə həyata keçirəcək. Bu layihə çərçivəsində Robert Sturua “Tavriddə İfigeniya” əsərini yunan və Azərbaycan dillərində tamaşaya qoyacaq. Tamaşada hər iki ölkədən aktyorlar iştirak edəcəklər. Əsas obrazı- İfigeniyanı isə Yunanıstanın məşhur teatr və kino aktrisası, əslən azərbaycanlı olan Tamilla Quliyeva yaradacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar