Məzi kimi də tanınan Elçin Həmidov öldü
05 Mart 2011 Şənbə 20:36
FHN əməkdaşları aktyor Elçin Həmidovun meyitini evində tapıblar.
Azərbaycanın tanınmış aktyoru, KVN teatrının əməkdaşı, hamının “Məhllə” filmindən “Məzi” kimi tanıdığı əməkdar artist Elçin Həmidov dünən axşam saatlarında vəfat edib. Bu barədə ANS PRESS-ə aktoyrun qonşuları məlumat veriblər. Məlumata görə, tamaşadakı məşqlərə getmədiyindən onun mənzilinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları çağırılıb. Onun mənzilinə baxış keçirilərkən meyitini aşkarlayıblar. Aktyorun ürək xəstəliyindən vəfat etdiyi ehtimal edilir.
Xatırladaq ki, Elçin Həmidov 1958-ci ildə anadan olub, 1981-ci ildə İncəsənət İnstitutunun Dram-kino aktyoru fakültəsini bitirib, 1983-cü ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında artist-vokalist kimi fəaliyyət göstərib. E.Həmidov tamaşaçılara daha çox «Planeta parni iz Baku» qrupunun tamaşalarındakı Məzi rolunun ifaçısı kimi tanınıb.
Allah rəhmət eləsin! ANSPRESS
DOSTLARINLA PAYLAŞ: