Mətbu orqan Üzeyirin davamçısından üzr istədi
18 İyun 2010 Cümə 13:05
“Xalqımızın gözü aydın...İlhamə Quliyeva dünyanı fəth edir”.
"Gündəlik Bakı" qəzeti xalq artisti İlhamə Quliyevadan üzr istəyib. Xalq artistinin mətbuat katibi Faiq Ələkbərlinin ANS PRESS-ə verdiyi məlumata görə, redaksiyanın üzr istəməsinə səbəb bir müddət əvvəl qəzetdə dərc olunan “Xalqımızın gözü aydın...İlhamə Quliyeva dünyanı fəth edir” başlıqlı yazı olub.
Mətbuat xidmətinin məlumatına görə, yazı Azərbaycanın və Dağıstanın xalq artisti, “Şöhrət” ordenli İlhamə xanımın adını daşıyan Türkiyənin İstanbul şəhərində mədəniyyət mərkəzinin açılması ilə bağlı olub. Məqalədə tanınmış sənətkarın uğurundan, dünyanı fəth etməsindən bəhs edilib. Yazıda hətta redaksiyanın adından İlhamə xanım təbrik də olunub: “Bir telefon açıb böyük sənətkarımızı təbrik eləsək nə olar? Axı bu təkcə İlhamə xanımla Sərxan Kərəmoğlunun uğuru deyil, bütün Azərbaycanın, bütün türk dünyasının uğurudur. Biz qəzetimizin kollektivi və çoxsaylı oxucuları adından İlhamə xanımı ürəkdən təbrik edirik”.
Qəzetin məqalə ilə bağlı İlhamə Quliyevadan belə üzr istəyib: "Əgər xoş niyyətlə, səmimiyyətlə, sevgi və məhəbbətlə yazılmış bu yazı İlhamə xanıma bir balaca da olsa toxunulubsa, biz bir qəzet olaraq Üzeyir bəy, Müslüm Maqomayev, Fikrət Əmirov, Qara Qarayev musiqi məktəbinin davamçısı İlhamə xanımdan üzr istəyirik". ANSPRESS
DOSTLARINLA PAYLAŞ: