Məşhur şair və bəstəkar Vladimir Vısotskin Bakıda xatirəsi anılıb
25 İyul 2011 Bazar Ertəsi 00:45
Xatirə gecəsində rusiyalı və azərbaycanlı ifaçılar məşhur bard ustası Vladimir Vısotskinin mahnılarını səsləndiriblər.
Ötən gün Beynəlxalq Muğam Mərkəzində məşhur rusiyalı şair və bəstəkar Vladimir Vısotskinin xatirəsinə həsr olunmuş gecə keçirilib. “Vısotskisiz 31 il” adlanan bu konsert Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə reallaşdırılıb. Xatirə gecəsində rusiyalı və azərbaycanlı ifaçılar - Andrey Ofiserov, Eldar Əsədov, Viktor Leonidov, Samir Rəcəbov, Olya Melnikova, Polina Qolnik məşhur bard ustası Vladimir Vısotskinin mahnılarını səsləndiriblər.

Qeyd edək ki, konsert Azərbaycan paytaxtında keçirilən VII Müəllif mahnıları festivalı çərçivəsində təşkil olunmuşdu. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar